Florentino Peresdən “sərt” qayıdış: İstefa yoxdur, hədəfdə isə “Barselona” var!

13.05.26 | 08:05
Dünya futbolu

 İspaniya futbolunda nadir rast gəlinən hadisələrdən biri yaşanıb. “Real”ın prezidenti Florentino Peres təcili mətbuat konfransı keçirərək, son günlər gündəmi zəbt edən istefa şayiələrinə son qoyub. Peres nəinki getmək niyyətində olmadığını bildirdi, hətta rəqiblərinə qarşı hücuma keçib.

Klubun uğursuz mövsüm fonunda qəfil mətbuat konfransı təyin etməsi İspaniyada böyük səs-küyə səbəb olmuşdu. Bir çox media qurumu bunu Peresin “vida çıxışı” kimi qələmə versə də, təcrübəli funksioner gözləntiləri boşa çıxardı. “Marka” nəşrinin də qeyd etdiyi kimi, Peresin jurnalistlərin qarşısına çıxıb sualları cavablandırması hadisənin ciddiliyindən xəbər verirdi.

Valdebebas məşq mərkəzində kameralar qarşısına keçən Peres qətiyyətli danışdı: “Mən istefa vermirəm. Əksinə, seçki komissiyasından yeni seçki prosesinə başlamağı xahiş etmişəm. Hazırkı idarə heyəti ilə birlikdə namizədliyimizi yenidən irəli sürəcəyik”.

Peres çıxışında təkcə daxili məsələlərlə kifayətlənməyərək, əzəli rəqibi “Barselona”nın adının hallandığı korrupsiya qalmaqalını yenidən alovlandırıb. O, “Neqreyra işi”ni idman tarixinin ən böyük rüsvayçılığı adlandırıb: Üç il əvvəl idman korrupsiyası olan Neqreyra işindən xəbər tutduq. Bu, tarixin ən böyük idman qalmaqalıdır. Həmin dövrdə fəaliyyət göstərən hakimlər hələ də liqamızda işləmələrini anlaya bimirəm. Biz hazırda genişmiqyaslı hesabat hazırlayırıq və onu dərhal UEFA-ya təqdim edəcəyik”.

Prezident “Real”in maliyyə və idarəetmə modelini müdafiə edərək, klubun yalnız azarkeşlərə məxsus olduğunu vurğulayıb. O, 2000-ci ildə kluba gələrkən verdiyi vədləri xatırladaraq, rəqiblərinə meydan oxuyub: “Biz futbol və basketbolda ümumilikdə 66 kubok qazanmışıq. Mən getməyəcəyəm, buradan gedən sonuncu sosios” mən olacağam. Əgər kiminsə prezidentlik ambisiyası varsa, buyursun, namizəd olsun. Amma mənim 2000-ci ildə Roberto Karlos və Bodo İllqnerin maaşlarını ödəyə bilmək üçün verdiyim 170 milyonluq təminat kimi real vədlər versinlər”.

Peres klubdakı gələcəyi ilə bağlı sualları cavablandırsa da, komandanın baş məşqçisi ilə bağlı susmağa üstünlük verib. O, nə cari məşqçinin taleyi, nə də mediada dolaşan Joze Mourinyonun geri dönüşü ilə bağlı suallara şərh verməyib.

Qeydi: Mətndəki “170 milyon” ifadəsi Peresin 2000-ci ildə prezident seçilmək üçün təqdim etdiyi maliyyə zəmanətinə və klubun borclarını bağlamaq öhdəliyinə işarə edir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46