FIFA Rusiyaya qoyulan qadağanı ləğv etməyə hazırlaşır

08.07.26 | 15:45
Dünya futbolu

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rusiyalı idmançıların yarışlara qayıtmasına yaşıl işıq yandırmasından sonra digər beynəlxalq idman təşkilatları da analoji addımlar atmağı planlaşdırır.

“Sky Sports”un məlumatına görə, FIFA Rusiya komandalarının beynəlxalq turnirlərdən uzaqlaşdırılması qərarına yenidən baxmağı nəzərdən keçirir.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra bu ölkənin yığma komandaları və klubları FIFA və UEFA çərçivəsindəki bütün yarışlardan kənarlaşdırılmışdı. Lakin görünür, idman siyasətində situasiya dəyişmək üzrədir. Mənbənin bildirdiyine görə, ali futbol qurumu Rusiya milli komandalarına qoyulmuş qadağanın ləğvini rəsmi müstəvidə müzakirə edəcək. Bu xəbər BOK-un rusiyalı idmançıların 2028-ci ildən etibarən yenidən Olimpiya Oyunlarında iştirakına icazə veriləcəyini bəyan etməsindən dərhal sonra gündəmə gəlib.

“FIFA Rusiya Olimpiya Komitəsinin üzvlüyünün müvəqqəti bərpası ilə bağlı BOK-un qərarını diqqətlə izləyir. Qurumumuz aidiyyəti tərəflərlə koordinasiyalı şəkildə növbəti addımları atmazdan əvvəl bu qərarı ətraflı təhlil edəcək”, — deyə FIFA nümayəndəsi “Sky Sports”a açıqlamasında bildirib.

Qeyd edək ki, FIFA bundan əvvəl Rusiyanın 15 yaşadək (U-15) gənclərdən ibarət seçmə komandasının oktyabr ayında Azərbaycanda keçiriləcək Yeniyetmələrin Dünya Çempionatında iştirakına icazə vermişdi.

Öz növbəsində FIFA prezidenti Canni İnfantino da Rusiyanın beynəlxalq futbola qayıtmasının vacibliyinə eyham vurub: “Məhrumiyyət və uzaqlaşdırma heç bir müsbət nəticə vermədi. Bu qadağa sadəcə təəssüf və nifrət hissini artırdı. Rusiya komandalarının yarışlara qayıtması məsələsini mütləq nəzərdən keçirməliyik”, — deyə İnfantino vurğulayıb.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24