FİFA milli komandaların oktyabr ayı üzrə yenilənmiş reytinq siyahısını açıqlayıb.
Azərbaycan millisi 1138,96 xalla bir pillə geriləyərək 127-ci sırada qərarlaşıb. Hesabat dövründə yığmamız Tacikistanı 1:0 hesabı ilə məğlub edib, UEFA Millətlər Liqasının D2 qrupunda isə Litva ilə iki oyunda 1:1 və 1:0 hesablı nəticələr əldə edib, Lixtenşteynlə isə qolsuz heç-heçə edib.
Reytinqdə millimizin ən yaxın qonşusu 126-cı pillədə yer alan Farer adalarıdır (1140,10 xal). Surinam isə 1138,46 xalla 128-ci sıradadır.
Millətlər Liqasındakı rəqiblərimizdən Litva 148-ci (1059,28 xal), Lixtenşteyn isə 207-ci (790,18 xal) pillədə qərarlaşıb.
Dünya reytinqinə isə 2011,57 xalla İspaniya başçılıq edir. Argentina ikinci, Fransa üçüncü, İngiltərə dördüncü, Portuqaliya beşinci sıradadır.
FİFA reytinqində ilk 10-luq:
1. İspaniya – 2011,57
2. Argentina – 1972,80
3. Fransa – 1958,86
4. İngiltərə – 1925,59
5. Portuqaliya – 1807,69
6. Braziliya – 1806,51
7. Mərakeş – 1805,34
8. Belçika – 1779,17
9. Niderland – 1778,61 10. Meksika – 1738,48