FİFA-da böhran dərinləşir: UEFA-dan sonra KONKAKAF da İnfantinoya “yox” dedi

31.07.26 | 03:28
Dünya futbolu

Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FİFA-nın böyük turnirlərin kommersiya hüquqlarını özəl investorlara satmaq planına sərt etirazını bildirib. UEFA-nın analoji və daha kəskin addımından sonra ali futbol qurumunda ciddi parçalanma təhlükəsi yaranıb.

KONKAKAF prezidenti Viktor Montalyaninin və quruma üzv 41 milli assosiasiyanın rəhbərlərinin iştirakı ilə keçirilən iclasda FİFA-nın təklifi yekdilliklə rədd edilib. Yayılan bəyanatda bildirilib ki, belə mühüm qərarın qəbul edilməsi üçün süni şəkildə həddindən artıq qısa vaxt ayrılıb, müvafiq nəzarət mexanizmlərinin təhlili aparılmayıb və proses lazımi şəffaflıq şəraitində həyata keçirilməyib. Sənəddə, həmçinin tarixin ən gəlirli Dünya Çempionatlarından birinin ardından FİFA-nın özəl investorların maliyyəsinə nə üçün ehtiyac duyduğu sual altına qoyulub.

KONKAKAF FİFA prezidenti Canni İnfantinoya nizamnaməyə riayət etməyi və layihələri mövcud ehtiyatlar hesabına maliyyələşdirməyi tövsiyə edib.

İnfantinonun «unikal imkan» kimi müdafiə etdiyi layihə «FIFA Forward Enterprise» (FFE) adlı yeni qurumun yaradılmasını nəzərdə tutur. Dünya Çempionatı və Klublararası Dünya Çempionatının kommersiya hüquqlarını idarə edəcək bu şirkətin ümumi dəyəri 20 milyard dollar qiymətləndirilir.

Bundan əvvəl UEFA və ona üzv olan 55 federasiya layihəyə qarşı çıxaraq, plan ləğv olunana qədər FİFA-nın bütün turnirlərini boykot edəcəyini elan etmişdi.

Beləliklə, FİFA-ya üzv 211 assosiasiyadan 96-sı artıq özəlləşdirmənin əleyhinədir. «Bir ölkə — bir səs» prinsipi ilə fəaliyyət göstərən sistemdə İnfantinonun lazımi səs çoxluğunu toplaması sual altına düşür. 10 federasiyadan ibarət Cənubi Amerika konfederasiyası (KONMEBOL) isə hələlik bu məsələdə mövqeyini açıqlamayıb.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46