Estoniya mətbuatı “Zirə”dən çəkinir: “Bakıda çox çətin olacaq”

30.07.26 | 02:27
Ölkə futbolu

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Zirə” Sumqayıtda Estoniyanın “Payde” klubunu qəbul edəcək.

Estoniya mətbuatı “Payde”nin Bakıya böyük inamla yollandığını yazır. Yerli KİV-lər ilk oyunda qazanılan 1:0 hesablı qələbənin komandanın üstünlüyünü artırdığını qeyd etsələr də, cavab qarşılaşmasının olduqca çətin keçəcəyini vurğulayırlar.

Məqalələrdə bildirilir ki, ilk görüşdə topa daha çox nəzarət edən tərəf “Zirə” olsa da, “Payde” intizamlı müdafiəsi və uğurlu əks-hücumları sayəsində minimal hesablı qələbəni qorumağı bacarıb. Estoniya təmsilçisinin əsas hədəfinin Sumqayıtda bu üstünlüyü saxlayaraq UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlmək olduğu qeyd edilir.

Yerli media müdafiədə səhvsiz oyunun həlledici amil olacağını xüsusi vurğulayır. Yazılarda qeyd olunur ki, “Zirə” doğma meydanda daha aqressiv futbol nümayiş etdirəcək və “Payde” buna hazır olmalıdır.

Bəzi şərhlərdə “Zirə” cütün favoriti hesab olunsa da, ilk oyundakı nəticədən sonra psixoloji üstünlüyün estonların tərəfində olduğu bildirilir. Yerli mətbuatın fikrincə, “Payde”nin səfərdə vuracağı bir qol bizimkilərin işini xeyli çətinləşdirə bilər.

Ümumilikdə isə Estoniya mediasında nikbin əhval-ruhiyyə hökm sürür. Yerli nəşrlər “Payde”nin klub tarixinin ən böyük avrokubok uğurlarından birinə imza atmaq şansının olduğunu və komandanın bu fürsətdən maksimum yararlanmağa çalışacağını yazırlar.

“Zirə” – “Payde” qarşılaşması Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Oyunu Xorvatiyadan olan FIFA referisi Patrik Kolariç idarə edəcək. İlk görüş Estoniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu cütün qalibi III təsnifat mərhələsində Andorranın “Santa Koloma” və Avstriyanın “Rapid” (ilk oyun – 1:3) komandaları arasında qalib gələn tərəflə üz-üzə gələcək.

Paylaş:

Xəbər Lenti

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28