Erkən final və ya bitməyən serial

27.02.26 | 17:12
Dünya futbolu

Avropanın bir nömrəli klub turniri olan Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı. Püşkatma nəticəsində futbolsevərləri həm köhnə rəqabətlər, həm də ilk dəfə yaşanacaq maraqlı qarşılaşmalar gözləyir.

Bitməyən Serial: “Mançester Siti” – “Real”

Püşkatmanın ən səs-küylü cütlüyü şübhəsiz ki, son illərin “klassikasına” çevrilən bu iki nəhəngdir. Komandalar pley-off mərhələsində ardıcıl beşinci dəfədir ki, qarşılaşırlar.

Tarixçə: İndiyə qədər keçirilən 6 pley-off duelinin 4-də “Real”, 2-də isə “Siti” qalib gəlib.

Son görüş: 2025-ci ilin dekabrında Liqa mərhələsində “şəhərlilər” “Santyaqo Bernabeu”da 2:1 hesabı ilə qalib gəlmişdilər. Ümumilikdə bu komandalar arasında keçiriləcək 12-ci və 13-cü oyunlar qitə kralının kim olduğunu bir daha göstərəcək.

“Qarabağ”ı keçən “Nyukasl”ın rəqibi bəlli oldu

Pley-off-un ilkin mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ı iki oyunun nəticəsinə görə 9:3 hesabı ilə məğlub edən “Nyukasl”, 1/8 finalda “Barselona” ilə qarşılaşacaq. “Sağsağanlar”ın baş məşqçisi Eddi Hau püşklə bağlı maraqlı fikirlər səsləndirib:

“Sevinirik ki, bu dəfə “Mançester Siti” ilə düşmədik. “Barselona” ilə ev oyununda yaxşı oynamışdıq. Rəqib kim olursa-olsun, bu bizim üçün həyəcanverici bir çağırışdır.”

Revanş və iddialı iəyanatlar: “PSJ” – “Çelsi”

Ötən yay Klublararası Dünya Çempionatının finalında “Çelsi” paryisliləri 3:0 hesabı ilə darmadağın etmişdi. “Çelsi”nin qapıçısı Robert Sançes isə rəqibi hədələməkdən çəkinmir: “Biz onları kənarlaşdıracağıq, bu dəfə heç bir bəhanələri olmayacaq”. Fransızların yeni baş məşqçisi Liam Rosinyor üçün isə bu, ilk ciddi Avropa sınağı olacaq.

Digər maraqlı Qarşılaşmalar

“Bayer” – “Arsenal”: Bukmekerlərin fikrincə, “topçular” bu cütün mütləq favoritidir (89% şans). Lakin xatırladaq ki, 2002-ci ildə “Arsenal”ı qrupda saxlayan “Bayer” finala qədər irəliləmişdi.

“Qalatasaray” – “Liverpul”: Türkiyə təmsilçisi payızda Viktor Osimhenin qolu ilə “Liverpul”u məğlub etməyi bacarmışdı. Mersisaydlılar intiqam dalınca İstanbula yollanacaqlar.

“Atalanta” – “Bavariya”: Bu komandalar tarixdə ilk dəfə rəsmi oyunda üz-üzə gələcəklər.

“Budr-Qlimt” – “Sportinq”: Püşkün ən qeyri-müəyyən cütlüyü. Norveçlilər Portuqaliya klublarına qarşı “dişli” olduqlarını artıq sübut ediblər.

Finala gedən yol

Püşkün ən diqqətçəkən tərəflərindən biri də odur ki, İspaniya nəhəngləri “Real” və “Barselona” turnir cədvəlinin fərqli tərəflərinə düşüblər. Bu isə o deməkdir ki, “El Klasiko” yalnız 30 mayda Budapeştdə keçiriləcək final matçında baş tuta bilər.

Bukmekerlərin favoritləri:

1.      “Arsenal” — 89%

2.      “Bavariya” — 88%

3.      “Liverpul” — 86%

Paylaş:

Xəbər Lenti

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20

Çempionlar Liqasında gecənin icmalı: “Real”dan möhtəşəm geridönüş, “Arsenal” – “Borussiya” duelində heç-heçə

25.11.26 | 02:43