Ənənənin pulla nikahı: “The Best” mükafatı niyə ləğv edildi?

04.01.26 | 23:25
Dünya futbolu

Doqquz illik tarix, doqquz möhtəşəm mərasim və yüzlərlə nominant — FIFA-nın “The Best” mükafatı səssizcə futbol salnaməsinin arxivinə köçür. FIFA prezidenti Canni İnfantino Dubayda keçirilən Dünya İdman Sammitində “The Best” layihəsinin başa çatdığını və qurumun yeni mükafatının Dubayda təsis ediləcəyini rəsmən elan etdi.

“The Best” 2016-cı ildə FIFA-nın “France Football” jurnalı ilə tərəfdaşlığı bitdikdən sonra yaranmışdı. “Qızıl top”a rəqib kimi doğulan bu mükafat qısa müddətdə böyük nüfuz qazandı. Bu illər ərzində mükafatı qazananlar arasında: Lionel Messi (3 dəfə), Kriştiano Ronaldo, Robert Levandovski (hərəsi 2 dəfə), Luka Modriç və Vinisius Junior (hərəsi 1 dəfə) yer alıb.

Mükafatın sonuncu qalibi kimi tarixə 2025-ci ilin nəticələrinə görə Osman Dembele düşdü. Onunla yanaşı, Luis Enrike “İlin məşqçisi”, Aitana Bonmati isə qadın futbolunda növbəti dəfə ən yaxşı seçildi.

FIFA-nın bu addımı idman ənənələrindən daha çox geosiyasi və iqtisadi maraqlarla izah olunur. Dubay İdman Şurası ilə tərəfdaşlıq çərçivəsində təqdim olunacaq yeni mükafatın adı hələlik gizli saxlanılır. İlk mərasimin 2026-cı ildə keçirilməsi planlaşdırılır. FIFA rəsmi mükafatlandırma mərkəzini Avropadan Fars körfəzinə köçürür.  Yeni mükafatın nominasiya meyarları və formatı hələlik açıqlanmayıb. Layihənin Dubayda mövcud olan “Globe Soccer Awards” ilə birləşəcəyi və ya onu əvəz edəcəyi ehtimal olunur. “The Best” heç bir qalmaqal və ya korrupsiya ittihamı olmadan, sadəcə rəhbərliyin qərarı ilə fəaliyyətini dayandırdı. Beləliklə, futbol dünyasının ən nüfuzlu mükafatlarından biri “pulun pulla nikahı” naminə öz yerini Dubayın göydələnlərinə güzəştə getdi.

Paylaş:

Xəbər Lenti

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14