Düşənbə “Böyük Dəbilqə”sindən sonra yeni siyahı

04.05.26 | 13:08
Digər növlər

Beynəlxalq Cüdo Federasiyası (IJF) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirindən sonra yenilənmiş dünya reytinq cədvəlini açıqlayıb. Turnirin nəticələri Azərbaycan millisinin üzvlərinin mövqelərinə ciddi təsir göstərib.

Cüdoçularmız arasında liderliyini davam etdirən Olimpiya çempionu Zelim Kotsoyev (100 kq), aktivindəki 5120 xalla dünya reytinqindəki 2-ci mövqeyini qoruyub. Digər Olimpiya çempionumuz Hidayət Heydərov (73 kq, 4046 xal) və Ruslan Paşayev (66 kq, 3593 xal) də elit beşlikdəki yerlərini sabit saxlayıblar.

Cədvəldə ən kəskin dəyişiklik Balabəy Ağayevin (60 kq) reytinqində yaşanıb. Ötən siyahıda liderlər sırasında olan idmançımız 3 pillə geriləyərək 3658 xalla 4-cü yerə düşüb.

Düşənbədə bürünc medala sahib çıxaraq aktivlərini önəmli xallar yazdıran cüdoçularımız reytinqdə ciddi irəliləyişə nail olublar. Belə ki, ağır çəkidə Uşanqi Kokauri (+100 kq, 3682 xal) 5-ci pilləyə yüksəlib. Rəşid Məmmədəliyev (73 kq, 2547 xal) 11-ci, Camal Qamzatxanov (+100 kq, 2712 xal) isə 13-cü sırada qərarlaşmaqla mühüm sıçrayış ediblər.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07