Dünya çempionlarını Madriddə möhtəşəm qəbul qözləyir

20.07.26 | 15:56
Dünya futbolu

Mundialın finalında Argentina üzərində tarixi qələbə qazanan “Qırmızı furiya” zəfəri qeyd etmək üçün vətənə qayıdır.

Həlledici matçın əlavə vaxtında Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünyanın ən güclüsü adını qazanan İspaniya millisi bazar ertəsi Madriddə təntənəli şəkildə qarşılanacaq. Çempionların şərəfinə təşkil olunacaq proqrama üstüaçıq avtobusla şəhər turu, rəsmi görüşlər və yüz minlərlə azarkeşin iştirakı ilə möhtəşəm şənlik daxildir.

Çempionların rəsmi proqramı saat 15:50-də komandanı gətirən təyyarənin paytaxtın Baraxas hava limanına enişi ilə start götürəcək. Daha sonra, saat 19:30-da İspaniya Kralı VI Felipe qalibləri qəbul edəcək. Ölkə rəhbəri Nyu-York yaxınlığındakı İst-Raterfordda baş tutan final matçını tribunadan canlı izləmişdi. Kral sarayındakı qəbuldan dərhal sonra isə kapitan Rodri və komanda yoldaşları Hökumət Evinə yollanaraq Baş nazir Pedro Sançeslə görüşəcəklər.

Matçı stadiondan izləyən Baş nazir oyundan dərhal sonra X platformasında komandanı təbrik edib: “BİZ DÜNYA ÇEMPİONUYUQ! Milli komandamız sadəcə möhtəşəmdir! Təşəkkürlər, komanda!”

Rəsmi protokoldan dərhal sonra “Qırmızı furiya” xüsusi üstüaçıq avtobusla Madrid küçələrinə çıxaraq çempionluğu azarkeşlərlə birgə qeyd edəcək. Şənliklərin kulminasiya nöqtəsi ənənəvi olaraq paytaxtın simvolik məkanlarından olan Sibeles meydanında olacaq. Meydanda saat 21:00-da start götürəcək möhtəşəm musiqi şousuna futbolçuların saat 00:00 radələrində qatılması planlaşdırılır.

Yığmanın müdafiəçisi Mark Kukurelya tarixi uğuru belə şərh edib: ABŞ-a konkret qsədlə lmişdik. Təlim-məşq toplanışı və turnir də daxil olmaqla, burada keçirdiyimiz 50 günün hər anından zövq aldıq. İndi isə dincəlmək, xatirələri yada salmaq və ən əsası bu zəfəri doya-doya qeyd etmək vaxtıdır”.

Xatırladaq ki, bu, 2010-cu ildəki ilk zəfərdən sonra İspaniya yığmasının tarixində qazandığı ikinci Dünya Kubokudur.

Paylaş:

Xəbər Lenti

Qeorqi Nikolov: “Qarabağ” Avropa futbolunda özünü sübut etmiş ciddi döyüşçüdür”

21.07.26 | 14:43

ÇL-də növbəti addım: “Bayquşlar” finləri sınağa çəkir

21.07.26 | 12:44

Ronaldo sosial şəbəkələri çalxaladı: FİFA, Argentina və Messiyə qarşı ittihiamları dəstəklədi

21.07.26 | 03:22

“İnfantino, istefa ver!” — İspaniyalı azarkeşlər dünya çempionlarını bu şüarla qarşıladılar

21.07.26 | 03:08

Mundialdakı xəyalqırıqlığından sonra Antoneladan Messiyə duyğulu mesaj: “Sən həmişə ən yaxşısı olacaqsan!”

21.07.26 | 01:24

Azərbaycan futbolunda islahat və inkişaf çağırışı: “Uğur istəyiriksə, bir olmalıyıq”

21.07.26 | 01:46

Finalın qəhramanı Ferran Torres: “Bu gün  böyük bir yükdən azad oldum”

21.07.26 | 01:19

Belçika millisində ayrılıq: Rudi Qarsiya postunu tərk edir

21.07.26 | 00:57

Çeferindən FİFA-ya sərt etiraz: UEFA rəhbəri DÇ-nin finalını boykot etdi

21.07.26 | 00:17

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi böhran: Azarkeşlərdən “İstefa” tələbi

21.07.26 | 00:26

Finlandiyalı qapıçıdan “Sabah”la oyun öncəsi iddialı açıqlama: “Heç kimdən qorxmuruq”

21.07.26 | 00:11

İspaniya dünya çempionu oldu: rekord, 7-ci beynəlxalq kubok və 51 milyon dollarlıq mükafat

20.07.26 | 19:09

Miika Nuutinen: “Favorit “Sabah”dır, lakin bizi çətin oyun gözləyir”

20.07.26 | 19:47

Dambrauskas “KuPS” sınağı öncəsi: “Fikrimiz yalnız sabahkı oyundadır”

20.07.26 | 18:37

Coy-Lens Mikkels: “Əsas heyətdə yer almaq üçün daha çox qol vurmalıyam”

20.07.26 | 18:33

“Qarabağ” və “Turan Tovuz”un hədəfi: “Kayrat”ın forvardı

20.07.26 | 18:14

Rodri tarixi uğura imza atdı: Bunu bacaran 11-ci futbolçu oldu

20.07.26 | 18:28

Messi 68 illik dünya çempionatı rekordunu yenilədi

20.07.26 | 17:26

Mundialdan sonra qeyri-müəyyənlik: Skaloninin göz yaşları və Messinin milli karyerası bitir?

20.07.26 | 17:06

Konfrans Liqası: Klublarımızın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

20.07.26 | 16:46