Dik Advokat yenidən Kürasao sükanı arxasında

13.05.26 | 13:26
Dünya futbolu

78 yaşlı mütəxəssis Fred Rutteni əvəzləyərək, dünya çempionatları tarixinə ən yaşlı baş məşqçi kimi düşəcək.

Qarşıdan gələn dünya çempionatının debütantı olan Kürasao milli komandasında gözlənilməz məşqçi dəyişikliyi baş verib. Komandanı tarix boyu ilk dəfə mundiala daşıyan Dik Advokat yenidən baş məşqçi postuna gətirilib. O, bazar ertəsi istefa verən Fred Rutteni əvəzləyib.

63 yaşlı Fred Ruttenin gedişi heç də rəvan olmayıb. Cəmi iki yoldaşlıq oyununda (Çinə 0:2, Avstraliyaya 1:5 məğlubiyyət) komandaya rəhbərlik edən mütəxəssis, iddialara görə, həm futbolçuların, həm də federasiyanın əsas sponsorunun təzyiqi ilə üzləşib.

Kürasao Futbol Federasiyasının (FFK) prezidenti Qilbert Martina əvvəlcə Ruttenə tam dəstək nümayiş etdirsə də, məşqçi özü yaranmış gərginliyi hiss edərək geri çəkilməyə qərar verib: “Komanda daxilində və məşqçi heyətində sağlam peşəkar münasibətləri zədələyən atmosfer qəbulolunmazdır. Buna görə də istefa vermək ən məntiqli addımdır” – deyə Rutten rəsmi bəyanatında bildirib.

Xatırladaq ki, Dik Advokat 2024-2026-cı illərdə Kürasaonu çalışdırıb və Karib dənizi təmsilçisini öz tarixində ilk dəfə dünya çempionatına çıxarıb. Lakin o, qızının xəstəliyi səbəbindən cari ilin fevralında postundan ayrılmalı olmuş, hətta ötən ilin noyabrında Yamaykaya qarşı həlledici matçı kənardan izləmişdi. Ailəvi problemlərin həll olunması mütəxəssisin böyük futbola qayıdışını sürətləndirib.

Bu təyinatla Dik Advokat dünya çempionatları tarixinə keçəcək. O, 78 yaşında mundialda komanda idarə edən ən yaşlı məşqçi ünvanını qazanacaq. Bununla da o, 2010-cu ildə Yunanıstan millisi ilə turnirdə iştirak edən Otto Rehaqelin (71 yaş 317 gün) rekordunu yeniləyəcək.

Bu, niderlandlı mütəxəssis üçün karyerasında üçüncü dünya çempionatı olacaq. O, daha əvvəl 1994-cü ildə Niderland, 2006-cı ildə isə Cənubi Koreya millisi ilə bu həyəcanı yaşayıb. 2026-cı ildə isə o, Kürasao seçməsinin başında mundiala yollanacaq.

Qeyd edək ki, Niderland Krallığının tərkibində muxtar dövlət olan Kürasao (155 min əhali, 444 km² ərazi) dünya çempionatları tarixinə vəsiqə qazanmış ən kiçik ölkə kimi düşüb.

 48 komandanın iştirak edəcəyi mundialda Kürasao “C” qrupunda mübarizə aparacaq. İlk oyun iyunun 14-də Hyustonda Almaniya ilə qarşılaşacaq. Növbəti rəqiblər isə Ekvador və Kot-d’İvuar olacaq.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46