Son mundialın unudulmaz simalarından olan Qilyermo Oçoa rəsmi olaraq karyerasını başa vurub. DÇ-2026 meksikalı qolkiper üçün son turnir oldu. Oçoa milli komandadakı son matçını DÇ-2026-nın qrup mərhələsində Çexiyaya qarşı keçirib. Meksikanın 2:0 öndə olduğu qarşılaşmanın 78-ci dəqiqəsində meydana daxil olan veteran qapıçı, yığma formasında son 12 dəqiqəsini oynayaraq böyük futbolla vidalaşıb.
Təcrübəli qolkiper sosial şəbəkə hesabında emosional vida mesajı paylaşaraq azarkeşlərinə müraciət edib: “Xəyalımın məni bura qədər gətirəcəyini heç vaxt təsəvvür etməzdim. Bu gün geriyə qürurla baxır və sadəcə TƏŞƏKKÜR edirəm. Ailəmə, komanda yoldaşlarıma və hər addımda yanımda olan azarkeşlərə minnətdaram. Meksika üçün hər şeyimi verdiyimə əminliklə, milyonların sevgisini qəlbimdə aparıram. Birlikdə yaşadığımız o anları heç kim bizdən ala bilməz.”
Klub karyerasında (“Amerika”, “Malaqa”, “Qranada”, “Standard ” və son olaraq AEL Limassol) parlaq uğurlarla yadda qalmasa da, Oçoa Meksika millisi ilə mundiallarda göstərdiyi möhtəşəm seyvlər və performansla futbol tarixinin ən ikonik fiqurlarından birinə çevrildi.