DÇ-2026 Seçmə Mərhələsi: Debretsendə triller, Kosovodan sensasiyalı qələbə

09.09.25 | 08:02
Dünya futbolu

DÇ-2026-nın seçmə mərhələsində Avropa zonasında oyunlar davam edir. Macarıstanın Debretsen şəhərində baş tutan İsrail-İtaliya matçı günün oyunu kimi yadda qalıb və bəlkə də seçmə oyunlar tarixinin ən intriqalı və yaddaqalan oyunlarından biri kimi yaddaşlara həkk olunub. B qrupunda isə sensasiya qeydə alınıb. Kosovo öz meydanında İsveç yığmasını məğlub edib. İsveçrə millisi isə Sloveniya üzərində rahat qələbə qazanaraq qrupun favoriti adını təsdiqləyib.

B qrupu

İsveçrə – Sloveniya 3:0
Qollar: Elvedi, 18. Embolo, 33. Ndoy, 38.

Kosovo – İsveç 2:0
Qollar: Recbetsay, 26. Muriçi, 42.

C qrupu

Yunanıstan millisi gözlənilmədən öz meydanında Danimarkaya böyük hesabla məğlub olub. İlk turdan sonra yunanların qrupdan çıxmaq uğrunda mübarizədə əsas komandalardan olduğu zənn edilirdi, lakin yunanlar bu məğlubiyyətlə birincilik imkanlarını çətinə saldılar.  

Belarus – Şotlandiya 0:2
Qollar: Çe Adams, 43. Volkov, 65-avtoqol.

Yunanıstan – Danimarka 0:3
Qollar: Damsqor, 32. A. Kristensen, 62. Heylunn, 81.  

I qrupu

Qrupun yeganə oyunu neytral meydanda keçirildi və əsl triller yaşandı. Azarkeşlər 9 qol görməklə yanaşı son ana qədər gərginlikdə qaldılar. İsrail yığması oyunun sonuna 3 dəqiqə qalmış 2 qol vuraraq hesabı 4:4 etsə də, cəmi bir dəqiqə keçməmiş italyanlar qələbə topunu vura bildi.

İsrail – İtaliya 4:5
Qollar: Lokatelli, 16-avtoqol. Bastoni, 87-avtoqol. Dor Perets, 52; 90 – Moyzen Ken, 40; 54. Politano, 59. Raspadori, 81. Tonali, 90+1.  

L qrupu

Xorvatiya yığması Çernoqoriya üzərində böyük hesablı qələbə ilə birinci sıraya yüksəldi. Görünən odur ki, bu qrupda xorvatların əsas rəqibi Çexiya olacaq. Xatırladaq ki, Xorvatiya öz meydanında çexləri 5:1 darmadağın etmişdi.  

Xorvatiya – Çernoqoriya  4:0
Qollar: Yakiç, 35. Kramariç, 51. Kuç, 86-avtoqol. Perişiç, 90+2.

Gibraltar – Farer adaları 0:1
Qol: M. Aqnarsson, 68.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21