Gecə saatlarında keçirilən qarşılaşmalarla dünya çempionatının 1/16 final mərhələsinə yekun vuruldu. Bununla da pley-offun növbəti raundunda qarşılaşacaq cütlüklərin adlarına aydınlıq gəlib.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi çempionatın həlledici final matçı iyulun 19-da baş tutacaq. 1/8 finalın təqvimi isə aşağıdakı kimidir.
DÇ-2026: 1/8 finalın təqvimi
4 iyul 22:00 Kanada — Mərakeş Hyuston
5 iyul 02:00 Paraqvay — Fransa Filadelfiya
5 iyul 01:00 Braziliya — Norveç İst-Raterford
6 iyul 05:00 Meksika — İngiltərə Mexiko
7 iyul 00:00 Portuqaliya — İspaniya Arlinqton
7 iyul 05:00 ABŞ — Belçika Sietl
7 iyul 21:00 Argentina — Misir Atlanta
8 iyul 01:00 İsveçrə — Kolumbiya Vankuver