Şimali Amerikada keçirilən dünya çempionatında C və F qruplarında mübarizəyə yekun vurulub və 1/16 finalın növbəti cütlükləri müəyyənləşib.
C qrupunun qalibi Braziliya pley-offun startında F qrupunun ikincisi Yaponiya ilə qarşılaşacaq. Bu görüş iyunun 29-u saat 21:00-da Hyustondakı “En-ar-ci” stadionunda baş tutacaq. F qrupunun lideri Niderland isə C qrupunu ikinci sırada tamamlayan Mərakeşlə qüvvəsini sınayacaq. Komandalar iyunun 30-u saat 05:00-da Meksikanın Quadalupe şəhərindəki “BBVA” arenasında üz-üzə gələcəklər.
Xatırladaq ki, turnirdə ilk pley-off cütlüyü CAR və Kanada arasında formalaşmışdı. Bu komandalar iyunun 28-i saat 23:00-da üz-üzə gələcəklər. Reqlamentə əsasən, bu cütün güclüsü ilə iyulun 2-si saat 04:00-da baş tutacaq Niderland – Mərakeş duelinin qalibi 1/8 final mərhələsində bir-birinə rəqib olacaqlar.