Dambrauskas: “Çempionluq uğrunda mübarizə bu mövsüm daha gərgin olacaq”

26.10.26 | 00:25
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Qarabağ”la qolsuz heç-heçədən sonra həm qarşılaşmanı, həm də komandasının çempionluq şanslarını dəyərləndirib. Litvalı mütəxəssis sıx oyun qrafikinə, mümkün transfer təkliflərinə və rəqiblərin gücünə toxunaraq çempionluq mübarizəsinin bu mövsüm daha gərgin keçəcəyini bildirib.

Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə edən “Sabah”ın çalışdırıcısı matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dambrauskas ilk növbədə oyunun səviyyəsindən və tribunadakı atmosferdən danışıb: “Sanki hər iki komanda bir–birindən çəkinirdi. Bu, xüsusilə ilk hissədə hiss olunurdu. Bu gün həqiqətən də güclü rəqibə qarşı oynadıq. Hər iki komanda qələbə qazanmaq üçün əlindən gələni etdi. Hücumda uzun müddət topa sahib olduq, hər iki kollektivin müdafiə xətti isə etibarlı təsir bağışladı.

Xüsusilə ilk hissədə hücumlarımızla rəqibi öz qapısı qarşısında sıxışdıra bildik. İkinci yarıda isə müdafiənin arxasına çoxsaylı ötürmələr etdik.

Qolsuz heç-heçəni qanunauyğun nəticə hesab etmək olar. Qol vurulmasa da, tribunadakı atmosfer fantastik idi. Bu baxımdan, oyun heç də Avropa Liqasının matçlarından geri qalmırdı. Təəssüf ki, qol sevinci yaşaya bilmədik. Dəqiq zərbələrlə azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün məyusuq”.

Baş məşqçi futbolçularına mümkün transfer təkliflərinin gəlməsini klubun inkişafının göstəricisi hesab etdiyini deyib: “Belə təkliflər gəlsə, yalnız sevinərəm. Bu, klubumuzun səviyyəsini və gördüyümüz işin keyfiyyətini göstərər. Bununla qürur duyardım. Müqavilələr əbədi deyil. Bəzi futbolçuların müqavilə müddəti başa çatacaq və biz yeni oyunçular axtarmalı olacağıq. Buna hazır olmalıyıq”.

Dambrauskas “Borussiya” (Dortmund) ilə “Qarabağ”ın oyun üslublarını da müqayisə edib. O, hər iki rəqibin fərqli taktiki xüsusiyyətlərə malik olduğunu vurğulayıb: “Bu komandaların oyun üslubları fərqlidir. ‘Borussiya’ üç müdafiəçi ilə oynayır və hücumda say üstünlüyü yaradır. ‘Qarabağ’ın isə tamamilə fərqli oyun üslubu var, topa nəzarət etmə tərzi başqadır. Biz hər rəqibə fərdi yanaşmağa çalışırıq.

İndi artıq ‘Turan Tovuz’la oyunu düşünməliyik. Futbolçularım əladırlar, amma vaxtımız azdır. Bütün detalları onlara qısa müddətdə çatdırmalıyıq. Bəzən cəmi bir məşq keçirmək imkanımız olur. Həmin məşqdə həm pressinq, həm hücum, həm də standart vəziyyətlər üzərində işləməliyik. Bütün bunları bir məşqə sığdırmaq çətindir. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. Onlar hətta xırda detalları belə çox tez mənimsəyirlər”.

Çempionluq uğrunda mübarizədə əsas rəqiblərlə oyunlarda xal itkilərinə münasibət bildirən litvalı mütəxəssis mövsümün yekunu barədə danışmaq üçün hələ tez olduğunu söyləyib:

“Bu barədə danışmaq hələ tezdir. Cəmi səkkiz oyun keçirmişik və turnir cədvəlində çox şey dəyişə bilər. Bu, sizin baxış bucağınızdır. Amma unutmayaq ki, rəqiblərimiz də öz aralarındakı oyunlarda xal itiriblər.

Əlbəttə, məni yalnız qələbə qane edərdi, amma məyusluğa qapılmıram. Müəyyən düzəlişlər etmişik. Hazırda çətin dövrdəyik. Oyun qrafiki çox sıxdır, lakin şikayətlənməyə haqqımız yoxdur. Çünki Çempionlar Liqasında oynamaq üçün özümüz əziyyət çəkmişik.

Bu mövsüm çempionluq uğrunda mübarizə ötən illə müqayisədə daha gərgin olacaq. Şübhəsiz, “Neftçi” və “Qarabağ” qızıl medallar uğrunda mübarizə aparacaqlar. Bunu futbolçuların baxışlarından da görmək mümkündür. Belə rəqabətli oyunlar inkişafımıza kömək edir. ‘Qarabağ’ın çox güclü mentaliteti var və biz onlardan çox şey öyrənmişik.

Amma ‘Turan Tovuz”, ‘Zirə” və ‘Şamaxı”kimi komandaları da unutmaq olmaz. Gəncədə ‘Kəpəz’ə qarşı oynamaq kimə asandır ki? Bu, heç də sadə deyil. Qarşıda bizi nələrin gözlədiyini proqnozlaşdırmaq çətindir. Hələ 25 oyun var. Bizim üçün ən vacib matç həmişə növbəti qarşılaşmadır”, – deyə Dambrauskas fikirlərini yekunlaşdırıb.

Paylaş:

Xəbər Lenti

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59