Corcina Rodrigez Ronaldonun üç uşağını rəsmən övladlığa götürdü

23.08.26 | 01:04
Dünya futbolu

Portuqaliya mətbuatının yaydığı məlumata görə, Corcina Rodrigez Kriştiano Ronaldo ilə münasibətlərində mühüm hüquqi addım atıb. 32 yaşlı model və iş adamının Ronaldonun üç böyük övladını – 16 yaşlı kiçik Kriştianonun və 9 yaşlı əkizləri Yeva ilə Mateonu rəsmən övladlığa götürdüyü bildirilir.

Bu uşaqlar illərdir Corcinanın həyatının ayrılmaz hissəsidir. O, Ronaldo ilə 2016-cı ildə tanış olanda futbolçunun böyük oğlu Kriştiano 6 yaşında idi və Ronaldo onu tək böyüdürdü. Futbolçunun böyük oğlunun bioloji anasının kimliyi isə indiyədək açıqlanmayıb.

Bir il sonra surroqat ana vasitəsilə Yeva və Mateo dünyaya gəlib. Elə həmin il Corcina Ronaldodan olan ilk qızı Alana Martinanı dünyaya gətirib. Həmin vaxtdan etibarən ailədə uşaqlar arasında “doğma” və “ögey” ayrı-seçkiliyinə yol verilməyib. Corcina onların hər birini öz övladı kimi qəbul edib, doğum günlərində və digər mühüm anlarında yanlarında olub, onları məktəbə aparıb və ailə səyahətlərində iştirak edib.

Ailə 2022-ci ildə daha bir əkiz övlad sevinci yaşamaq istəyərkən ağır faciə ilə üzləşib. Bella Esmeralda sağ dünyaya gəlsə də, onun əkiz qardaşı Anxel doğuş zamanı vəfat edib. Ronaldo bu itkini həyatının ən ağır anlarından biri kimi qiymətləndirib. Corcina isə sosial şəbəkələrdə ailələrini hələ də altı uşaqlı ailə kimi təqdim edir.

Portuqaliya mətbuatının məlumatına əsasən, Corcinanın bu addımı illərdir formalaşan ana-övlad münasibətini hüquqi müstəviyə də daşıyır. Cütlüyün şəxsi həyatla bağlı digər məsələlərdə olduğu kimi, bu qərarı da mediadan uzaq şəkildə qəbul etməyə üstünlük verdiyi bildirilir.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16