UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Tədbirin nəticələrinə əsasən, qrup mərhələsinin bir addımlığında qarşılaşacaq potensial cütlüklər bəlli olub.
Qardaş ölkə təmsilçisi “Fənərbaxça” III təsnifat mərhələsində Avstriya “Şturm” turnirdən kənarlaşdıracağı təqdirdə, pley-offda “Sparta” (Çexiya) – “Lion” (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsinin bütün potensial cütlükləri:
“Fənərbaxça” (Türkiyə) / “Şturm” (Avstriya) – “Sparta” (Çexiya) / “Lion” (Fransa)
“Levski” (Bolqarıstan) / “Kayrat” (Qazaxıstan) – AEK (Yunanıstan)
“Seltik” (Şotlandiya) – LASK (Avstriya)
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Jalgiris” (Litva) – “Vikinq” (Norveç)
“Olimpiakos” (Yunanıstan) / “Neymegen” (Niderland) – “Union” (Belçika) / “Bude-Qlimt” (Norveç)
“Mjalbi” (İsveç) / “Slovan” (Slovakiya) – “Ararat” (Ermənistan) / “Çelye” (Sloveniya)
ÇL-in pley-off raundunun ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə avqustun 25-26-da keçiriləcək.