Çexiya futbolunda qalmaqal

10.05.26 | 12:43
Dünya futbolu

Çexiya çempionatının həlledici derbisində baş verən qalmaqal “Slaviya”nın bayramını matəmə çevirib. Komandanın baş məşqçisi Yaroslav Tvrdik “Sparta” ilə oyunda azarkeşlərin meydana axışmasından sonra “Oneplay Sport” kamerasının qarşısında həm qəzəbini, həm də üzüntüsünü dilə gətirib. Turnir cədvəlində vəziyyət kifayət qədər aydın idi: “Slaviya” ən yaxın izləyicisi “Sparta”nı 8 xal qabaqlayırdı. Bu derbidə qazanılacaq qələbə meydan sahiblərinə çempionluq titulunu rəsimləşdirəcəkdir. Hər şey “Sesivani”nin planı üzrə gedirdi — komanda 90-cı dəqiqəyə qədər 3:2 hesabı ilə öndə idi. Lakin oyunun bitməsinə cəmi üç dəqiqə qalmış emosiyalar nəzarətdən çıxdı. “Slaviya” azarkeşlərinin meydana qaçaraq “Sparta” oyunçularına hücum etməsi nəticəsində hakim oyunu dayandırmaq məcburiyyətində qaldı. Çempionluq şənliyi əvəzinə stadionda xaos hökm sürdü.

Hadisədən dərhal sonra baş məşqçi Yaroslav Tvrdik baş verənlərə kəskin reaksiya verib. O, azarkeşlərin bu hərəkətinə heç bir bəraət qazandırmayıb: “Baş verənlərə yüngülləşdirici səbəb tapa bilmərik. Azarkeşlərimiz meydana girməklə oyunun başa çatmasına mane oldular. Rəqib komanda bir neçə futbolçusuna hücum etdilər. Hakimin oyunu dayandırmaq qərarı tamamilə ədalətli idi. Futbolçularımla danışanda da bildirdim ki, eyni hadisə bizim başımıza gəlsəydi, biz də eyni reaksiyanı verərdik. Biz yalnız üzr istəyə bilərik”.

Tvrdik bu hadisəni karyerasının ən ağır zərbəsi kimi qiymətləndirib: “Çempionluq sevincinə cəmi 3-4 dəqiqə qalmışdı. İnanıram ki, oyunçularımız o tempdə davam edib qələbəni qoruyacaqdı. Bunun əvəzinə, mən klubdakı 11 illik fəaliyyətim dövründə ən böyük rüsvayçılığı yaşadım. Tribunada qalan dürüst azarkeşlərimizdən və ekran qarşısındakı izləyicilərdən üzr istəyirəm. Bu, bir rüsvayçılıqdır və biz artıq bununla yaşamalıyıq”.

“Slaviya” hazırda turnir cədvəlinə liderlik edir və sona üç tur qalmış “Sparta” ilə olan 8 xallıq fərqi qoruyur.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46