Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turuna yekun vurulacaq. Son oyun günündə 9 qarşılaşma keçiriləcək. Gecənin ən çox diqqət çəkən görüşü isə şübhəsiz ki, Bakıda baş tutacaq “Sabah” – “Barselona” matçı olacaq.
Təmsilçimiz İspaniya nəhəngini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Turnir cədvəlinin 31-ci pilləsində qərarlaşan “Sabah” üçün bu qarşılaşma h
Günün digər diqqətçəkən görüşlərindən biri Belçikada keçiriləcək. 9 xala malik “Brügge” və “Liverpul” üz-üzə gələcək. Eyni xala sahib PSJ isə doğma meydanda “Roma”nı sınağa çəkəcək. Dörd turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edən Paris təmsilçisi qələbə seriyasını davam etdirməyə çalışacaq.
“Şaxtyor” – “Fənərbaxça” qarşılaşması da turun maraqla gözlənilən oyunları sırasındadır. Beləliklə, bu gecə həm Bakıda “Sabah”ın nəhəng rəqiblə mübarizəsi, həm də Avropanın digər meydanlarında gərgin qarşılaşmalar futbolsevərlərin diqqətində olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
| Tarix | Saat | Oyun | Kanal |
| 25 noyabr | 21:45 | “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) | İctimai TV |
| 21:45 | “Slaviya” (Çexiya) – “Vilyarreal” (İspaniya) | CBC Sport | |
| 26 noyabr | 00:00 | “Atletiko” (İspaniya) – “Vikinq” (Norveç) | — |
| 00:00 | “Brügge” (Belçika) – “Liverpul” (İngiltərə) | — | |
| 00:00 | “İnter” (İtaliya) – “Ştutqart” (Almaniya) | — | |
| 00:00 | “Lill” (Fransa) – “Bavariya” (Almaniya) | — | |
| 00:00 | PSJ (Fransa) – “Roma” (İtaliya) | — | |
| 00:00 | “Sportinq” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) | İctimai TV | |
| 00:00 | “Şaxtyor” (Ukrayna) – “Fənərbaxça” (Türkiyə) | CBC Sport, TRT 1 |