Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28
Dünya futbolu

Avropa klub futbolunda mövsümün ən böyük həyəcanı yenidən başlayıb. UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün əsas mərhələsinə start verilib. Baş tutan ilk iki oyunda meydan sahibləri fərqli nəticələrlə yadda qalıblar.

“Aston Villa” Belçikada çətin qələbə qazanıb. İngiltərə təmsilçisi hesabı 11-ci dəqiqədə Con Makqinnlə açıb. Vetslesen 19-cu dəqiqədə “Brügge”ni oyuna qaytarsa da, Buendia və Nikola Ceksonun qolları “Villan”ı fasiləyə 3:1 öndə göndərib.

İkinci hissədə meydan sahibləri fərqi azaldıblar. Trezoldi 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Ardınca “Brügge” bərabərlik qoluna çox yaxın olub. Lakin Trezoldinin zərbəsindən sonra top dirəkdən qayıdıb. Nəticədə “Aston Villa” 3:2 hesablı qələbəni qoruyub.

Qeyd edək ki, Makqinn bu qolla “Aston Villa”nın Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasındakı ən məhsuldar futbolçusu olub. O, sözügedən turnirlərdə 12-ci qolunu vuraraq Ollie Uotkinsi geridə qoyub.

Afinada isə AEK LASK-ı minimal hesabla məğlub edib. Qarşılaşmanın taleyini 21-ci dəqiqədə Razvan Marinin cərimə zərbəsindən vurduğu baxımlı qol həll edib.

Luka Yoviç ikinci hissədə hesabı artırsa da, onun qolu ofsayd səbəbindən ləğv olunub. Beləliklə, AEK uzun fasilədən sonra Çempionlar Liqasına qələbə ilə qayıdıb.

Çempionlar Liqası, əsas mərhələ. 1-ci tur

“Brügge” – “Aston Villa” – 2:3

Vetslesen, 19; Trezoldi, 61-pen. – Makqinn, 11; Buendia, 22; Cekson, 43.

AEK – LASK – 1:0

Marin, 21.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31