Camal Musiala 3 gündə ikinci dəfə meydanda huşunu itirdi

19.08.26 | 02:23
Dünya futbolu

“Bavariya”nın və Almaniya millisinin gənc ulduzu Camal Musiala səhhətində yaranan problemlə bağlı Münhen klubunu təşvişə salıb. 23 yaşlı yarımmüdafiəçi “RB Leypsiq”lə matçdan üç gün sonra, bu dəfə “Haydenhaym”la keçirilən yoldaşlıq görüşündə meydanda huşunu itirib.

Qarşılaşmanın 61-ci dəqiqəsində baş məşqçi Vinsent Kompani İsmael Saibarinin əvəzinə meydana onu meydana daöil edib. 6 dəqiqə sonra Musiala meydanın mərkəzində qəfildən yerə yıxılıb. Hər iki komandanın futbolçuları və həkim heyəti dərhal onun köməyinə tələsib.

Bir neçə dəqiqəlik tibbi müdaxilədən sonra ayağa qalxan almaniyalı futbolçunun müvazinətini saxlamaqda çətinlik çəkdiyi və çaşqın göründüyü diqqətdən yayınmayıb. O, tribunalardakı alqışlar altında meydanı tərk edərək birbaşa soyunub-geyinmə otağına yollanıb.

Bu, Musialanın son 3 gündə meydanda huşunu itirdiyi ikinci haldır. Şənbə günü “RB Leypsiq”ə 3:1 hesabı ilə qalib gəldikləri matçın sonlarına yaxın da oxşar halsızlıq yaşayan futbolçu bazar ertəsi komandanın rəsmi təqdimat mərasimində iştirak etməmiş, fərdi məşqlə kifayətlənmişdi. Bu səbəbdən onun “Haydenhaym”la matçda meydana çıxması gözlənilməz olub.

Baş verənlərdən sonra gənc yarımmüdafiəçi “Instagram” hesabında paylaşım edərək azarkeşləri sakitləşdirməyə çalışıb: “Dəstək mesajlarınıza və diqqətinizə görə hər birinizə minnətdaram. Narahatlığınızı anlayıram və hər şeyi aydınlaşdırmaq istəyirəm. Məndə müalicəyə tam tabe olan müvəqqəti neyroloji funksiya pozuntusu aşkar olunub. Həm ‘Leypsiq’, həm də ‘Haydenhaym’la matçda yaşananlar məhz bu səbəbdən baş verib. Əsas məsələ odur ki, səhhətim üçün başqa bir təhlükə yoxdur. Neyroloqlar və klubun tibbi heyəti ilə sıx əməkdaşlıq edərək bu problemi tam həll edəcəyəm. Ümumilikdə özümü yaxşı hiss edirəm və doğru yoldayam”.

“Bavariya” rəhbərliyi və tibbi heyəti gənc futbolçunun ətraflı müayinələrinin tam nəticəsini gözləyir. Musialanın yaşıl meydanlara nə vaxt qayıdacağı məhz bu analizlərdən sonra rəsmiləşəcək.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28