Budapeştdə Rəşid Məmmədəliyev zəfəri: IJF cüdoçumuzun qızıl medalından yazd

13.09.26 | 12:46
Digər növlər

Beynəlxalq Cüdo Federasiyası (IJF) Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük Dəbliqə” turnirində 73 kq çəki dərəcəsində qızıl medal qazanan cüdoçumuz Rəşid Məmmədəliyevin möhtəşəm qələbəsinə yazı həsr edib.

73 kq çəki dərəcəsinin həlledici görüşündə Rəşid Məmmədəliyev isveçli Narek Vardanyan üz-üzə gəlib. Final qarşılaşmasında Məmmədəliyev ilk saniyələrdən rəqibə ciddi təzyiq göstərərək Vardanyanı iki cərimə xalı (şido) almağa məcbur edib. Əsas vaxtın bitməsinə 30 saniyə qalmış isə təcrübəli cüdoçumuz həlledici fəndi gerçəkləşdirib: “ko-uçi-qari” fəndi ilə rəqibi təhrik edən Rəşid, dərhal “seoi-otoşi” fəndini tətbiq edərək baxımlı “ippon”la parlaq qələbə qazanıb.

Görüşdən sonra təəssüratlarını bölüşən Məmmədəliyev sevincini gizlətməyib: “Budapeştdə qalib gəldiyim üçün çox şadam. Məşqçi heyətimiz və tibbi personalımızla birlikdə mükəmməl iş ortaya qoyduq. Uşaqlara avtoqraf vermək mənim üçün çox önəmlidir, çünki balaca olarkən özüm də tanınmış cüdoçulardan avtoqraf almaq arzusu ilə yaşayırdım. Arenadakı atmosferi çox bəyəndim. Bu gün ilk dəfə bir yarışda altı döyüş keçirdim və hər mərhələ gərgin mübarizəyə səhnə oldu. Finalda isə isveçli rəqibimin ayaq texnikasının güclü olduğunu bilirdim, buna görə də ona hücum üçün heç bir imkan verməməyə kökləndim. Bakıda keçiriləcək dünya çempionatına gəlincə, zədəsiz və gərgin məşqlərlə hazırlaşmağı hədəfləyirəm. Amma sabah bu qızıl medalı qeyd etməyə vaxtım olacaq”.

Paylaş:

Xəbər Lenti

“Qarabağ” “Zirə” səddini aşa bilmədi

13.09.26 | 23:00

“Turan Tovuz”dan bəyanat: “Sistemli təzyiqlə üz-üzəyik, təmiz qolumuz ləğv edilir, absurd penalti təyin olunur”

13.09.26 | 19:54

Qurban Berdiyev Şamaxıdakı heç-heçədən narazıdır: “İki xal itirdik, belə penalti görməmişdim”

13.09.26 | 19:11

“Araz-Naxçıvan” və “Turan Tovuz”dan 4 qolluq heç-heçə

13.09.26 | 19:52

FİFA susur, Mərakeş finalın yerini elan edir: DÇ-2030-un  finalı ilə bağlı qalmaqal

13.09.26 | 19:31

Deku “Qızıl top” seçimini topa tutdu: “Bu, qlobal qalmaqaldır!”

13.09.26 | 18:38

Budapeştdə Rəşid Məmmədəliyev zəfəri: IJF cüdoçumuzun qızıl medalından yazd

13.09.26 | 12:46

Artetadan mübahisəli penalti qərarına sərt reaksiya: “Bu, cüdo fəndidir, penalti deyil!”.

13.09.26 | 12:20

Mbappedən penalti revanşı və dubl

13.09.26 | 11:32

19 yaşlı istedad Lionel Messinin 20 illik rekordunu qırdı!

13.09.26 | 02:49

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36