Bolqarıstanın paytaxtı Sofiyada start götürən boks üzrə Avropa çempionatının ilk günündən azərbaycanlı azarkeşlər üçün sevindirici xəbər gəlib.
Yarışın ilk günündə Azərbaycan millisının iki üzvü – Nəbi İsgəndərov (70 kq) və Seyid Seyidov (85 kq) ilk sınaqlarına çıxıblar.
Boksçularımız uğurlu mübarizə nümayiş etdirərək rəqiblərini məğlub ediblər. Nəbi İsgəndərov monteneqrolu Miloş Poqanoviçdən (4:1), Seyid Seyidov isə belçikalı İdris Leqanesidən (4:1) üstün olub. Hər iki idmançımız inamlı qələbə qazanaraq 1/8 final mərhələsinə adlayıblar.
Xatırladaq ki, ölkəmiz Avropa çempionatında 11 boksçu ilə təmsil olunur.