Boksçularımız Dünya Kubokunda mübarizəyə qələbə ilə başladılar

15.06.26 | 23:02
Digər növlər

Çinin Quyyan şəhərində boks üzrə reytinq xarakterli Dünya Kubokuna start verilib. Turnirin ilk günündə rinqə çıxan millimizin hər iki üzvü mərhələ adlamağı bacarıblar.

50 kq çəki dərəcəsində qüvvəsini sınayan dünya çempionumuz Sübhan Məmmədov 1/8 finalda hindistanlı Rişi Sinqh ilə qarşılaşıb. Döyüş boyu təşəbbüsü əldən verməyən və hər üç raundu qələbə ilə başa vuran boksçumuz, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesablı inamlı qələbəyə imza atıb.

S.Məmmədov növbəti mərhələdə, ilk döyüşdən azad olan Özbəkistan təmsilçisi Asilbek Cəlilovla gücünü sınayacaq. Bu qarşılaşma iyunun 19-da baş tutacaq.

60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev də debütünü qələbə ilə başa vurub. Polşalı Yakub Kşpeyti ilə gərgin və dramatik mübarizə şəraitində keçən qarşılaşmadan boksçumuz 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesablı üstünlüklə qalib ayrılıb.

Bu qələbə sayəsində 1/8 finala yüksələn M.Aşırəliyev növbəti mərhələdə braziliyalı Luis Qabriel ilə üz-üzə gələcək. Görüş iyunun 17-nə təyin olunub.

Yığmamız Çində təşkil olunan Dünya Kubokunda 8 boksçu ilə təmsil olunur.

Paylaş:

Xəbər Lenti

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39

Mundialın qəhrəmanı anasına qovuşur

18.06.26 | 07:50

Messinin göz yaşlarının səbəbi idman deyil, ailə dramıdır

17.06.26 | 23:01

DÇ-də şok ittiham: Vahini polis tərəfindən saxlanılıb

17.06.26 | 22:58

Mbappe və Kamavinqanın məsləhəti işə yaradı: Olise “Real”a “hə” dedi

17.06.26 | 22:28

Ronaldo üçün tarixi oyunda Portuqaliya xal itirdi

17.06.26 | 21:48

“Qarabağ”dan 4-cü transfer: Bruno Lanqa rəsmən Ağdam klubunda

17.06.26 | 21:21

Sadıqov: “Sonda mərhələ keçən tərəf olmaq istəyirik”

17.06.26 | 18:37

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48

Avropa Liqasında püşk atıldı: “Qarabağ”ın II mərhələdəki potensial rəqibləri bəllidir

17.06.26 | 16:57

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15