Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan boks millisi uğurlu çıxışını davam etdirir. Yarışda 8 idmançı ilə təmsil olunan komandamızın daha iki üzvü – Seyidcəmşid Cəfərov (75 kq) və Murad Allahverdiyev (80 kq) dörddəbir final səddini adlayaraq yarımfinala yüksəliblər.
Bununla da onlar ən azı bürünc medalı təmin etmiş olublar. Xatırladaq ki, daha əvvəl Alfonso Dominqes də (90 kq) yarımfinal vəsiqəsini rəsmiləşdirmişdi.