Bilbao səfərinə sözardı: Ayə, priçom tut, Nəriman?!

23.10.25 | 11:57
Ölkə futbolu

“Qarabağ” üçün təqvim göydəndüşmə idi. Klubdaxili çəkişmələrin məngənəsində çarpışan “Benfika”, sonra dişimizə uyğun “Kopenhagen” və yenə də böhran keçirən “Atletik”. İlk iki fürsətdən istifadə iştahamızı elə qaldırmışdı ki, çoxları Bilbaodan xalla qayıdacağımıza inanırdı. Futbol belədir, emosional tərəfi var, azarkeşi qələbəyə öyrəşdirdinsə “Real”ın, “Barselona”nın üstünə də şir kimi gedəcəklər. Azarkeşin təbiəti belədir. Amma bu dəfə mütəxəssislər də ümidli idi. “Qarabağ” son iki oyunu daha özünə inamlı, daha taktiki cəhətdən yetkin oynamışdı. Qurban Qurbanovun əvəzetmələri də uğurlu alınmışdı. İndi sübut etmək lazım idi ki, əvvəlki iki qələbə bizim uğurumuzdan çox rəqibin problemləri ilə bağlı deyildi. Təəssüf olsun ki, elə ilk dəqiqələrdən, lap elə bizim hesabı açmağımızdan sonra məlum oldu ki, vəziyyət ürəkaçan deyil. Nə qədər eyforiyaya qapılıb “Qarabağ”ı göylərə qaldırsaq da, bizim İspaniyanın hətta böhranda olan ortabab komandası ilə başabaş oynamağımız mümkün deyil. Komanda normal iki-üç ötürmə verə bilmir, təntiyir, topu qabağa vurmaqla oyun oynayırdı. Belə futbolla uzağa getmək olmaz. “Qarabağ”ın nəinki yerliləri, hətta startda çıxan 8 legioneri də fiziki, taktiki, ustalıq səviyyəsinə görə ispanlardan bir futbol erası qədər geri qalırdı. Bu legionerlərlə ən yaxşı halda Şərqi Avropa, Balkan ölkələrinin, hərdən isə Portuqaliya kimi ikinci dərəcəli futbol çempionatlarının klublarını udmaq olar. Reallıq budur. Doğrusu, bu oyundan sonra “Çelsi”, “Liverpul” və digər aparıcı klublarla oyunun nəticələri barədə düşünmək istəməzdim. Bəxtimizdən, “Ayaks” və “Napoli”, heç “Ayntraxt”ın özü də yaxşı vəziyyətdə deyil. Amma “Atletik” də onlardan irəlidə deyildi və səviyyə fərqi adamın gözünə girirdi. Emosional azarkeşlər isə bu fərqi, gerçəkliyi görmür, qurbanlıq quzu axtarır və Nəriman Axundzadəni Azərbaycan futbolunun qurbangahında linç edirlər. Bizim bir məşhur baş redaktor vardı. Əsəbləşəndə rus dilinə keçirdi və ənənəvi sualla qəzəbini göstərirdi: ayə, priçom tut…İndi onun sözü olmasın: ayə priçom tut Nəriman? Orta sahədə oynayan futbolçuların ayağı top tutmur, üst-üstə iki pas verə bilmirlər, Zubirin ayağı-ayağına dolaşır, Bikalyo və Duran bu səviyyədə oyuna çıxmalarından şokdadılar, bir Kadi və Andrade nəsə etmək istəyir, amma onlar da səviyyəcə aşkar geri qalırlar. Belə vəziyyətdə topu Nərimana çatdırmaq olmur, top ona gəlib çatmır və bu tip oyunlarda tənha hücumçu mövqeyi an “yaramaz mövqedir”. Nərimandan da qat-qat yaxşı hücumçular bu tip oyunlarda “ac-yalavac” qalıblar. Futbolu bilən, bunu yaxşı anlayır. Olanımız budur, gedib İspaniya klubunu udmaq üçün milyonluq, 2 milyonluq oyunçular gətirməliyik. O da Moşu demişkən, “Dengi netu!”. Ya da özümüz futbolçu yetişdirməliyik. O da çətin. “Qarabağ”ın U-19 komandasının Çempionlar Liqasındakı oyunu göstərir ki, gələcək barədə düşünməyin. Elə bu gün Kadi, Zubir, Andradeyə şükür edin.   

Paylaş:

Xəbər Lenti

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48

Avropa Liqasında püşk atıldı: “Qarabağ”ın II mərhələdəki potensial rəqibləri bəllidir

17.06.26 | 16:57

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58