Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17
Dünya futbolu

Almaniya yığmasının sabiq futbolçusu və keçmiş baş məşqçisi Berti Foqts Argentina millisinin Dünya Çempionatındakı çıxışını heyranlıqla qarşılayıb. “Rheinische Post” qəzetinə müsahibəsində 79 yaşlı mütəxəssis “tanqoçular”ın oyun tərzını keçmiş Almaniya millisinə bənzədib.

Almaniya futbolunun əfsanəsi cənubamerikalıların mübarizə əzmini xüsusi vurğulayıb: “Argentinalıların oyununa baxanda elə hiss edirəm ki, qarşımda köhnə Almaniya yığması var. Onların, vaxtilə bizim etdiyimiz kimi, hətta ümidsiz görünən vəziyyətlərdə belə təslim olmaması çox xoşuma gəlir. Misirlə qarşılaşmada 0:2 hesablı geri düşsələrdə, sonra oyunda dönüş yaradaraq 3:2 hesablı qələbə qazanmaları alqışa layiqdir. Bu komandada təkcə Lionel Messi deyil, kollektiv olaraq bütün heyət parlayır.”

Oyunçu kimi DÇ-1974-ün, baş məşqçi kimi isə AÇ-1996-nın qalibi olan Foqts, hazırda İngiltərə yığmasını çalışdıran həmyerlisi Tomas Tuxelin də fəaliyyətini yüksək qiymətləndirib. Almaniya millisinin formasını 96 matçda geyinmiş veteran futbolçu xarici mütəxəssis kimi İngiltərə sükanı arxasına keçməyin böyük cəsarət tələb etdiyini bildirib: “İngiltərə mətbuatı öz nəzakəti ilə seçilmədiyi üçün Tuxelin təzyiq və kəskin tənqidlərlə qarşılaşacağı gözlənilən idi. Lakin onun bu vəziyyətdən necə ustalıqla çıxması, məsələn, 1/4 finalda Norveç üzərində qazanılan qələbədən sonra belə öz oyunçularına qarşı tələbkar və tənqidi yanaşmasını qoruması təqdirəlayiqdir”.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24