Belçika yığmasının baş məşqçisi Rudi Qarsiya FİFA-nın Folarin Baloqunla bağlı qəbul etdiyi qalmaqallı qərara kəskin etiraz edib. Ali futbol qurumu qırmızı vərəqə cəzası olan amerikalı hücumçunun 1/8 final mərhələsində Belçikaya qarşı oynamasına icazə verib.
Mətbuat konfransından önq FİFA rəsmisinin bu qərarı elan etməsi Belçika düşərgəsində ciddi narazılıqla qarşılanıb. FİFA-nın mətbuat konfransı öncəsi bu qərarı bəyan etməsi Belçika düşərgəsində birmənalı qarşılanmayıb.
“Sporza” nəşrinə danışan Qarsiya qurumun addımını istehza ilə şərh edib: “FİFA-nın 5 iyulu 1 aprel kimi qəbul etdiyindən xəbərsiz idim. Dünya çempionatları tarixində ilk dəfədir belə qərara şahidlik edirik. Nqoy İranla matçda qırmızı vərəqə aldı və növbəti oyunu buraxdı. İndi isə tamamilə fərqli və anlaşılmaz bir yanaşma görürük”.
Bununla belə, təcrübəli mütəxəssis bu qərarın komandanın hazırlığına təsir etməyəcəyini vurğulayıb: “Baloqunun oynaması oyun planımızı nə dərəcədə dəyişir? Sıfır faiz”.
Qeyd edək ki, Belçika – ABŞ qarşılaşması iyulun 7-dən 8-nə keçən gecə, Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.