Belçika Kral Futbol Assosiasiyası, ABŞ yığmasının hücumçusu Folarin Boloqunun bu gecə keçiriləcək matçda meydana çıxacağı təqdirdə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Belçikanın nüfuzlu “HLN” nəşrinin yaydığı məlumata görə, rəqib tərəf FİFA-nın apellyasiya şikayətinə baxılana qədər futbolçunun diskvalifikasiyasını müvəqqəti təxirə salmaq qərarını tamamilə qanunsuz hesab edir.
Boloqun bu görüşdə şans qazanacağı təqdirdə, Belçika tərəfi rəsmi etiraz sənədi təqdim edərək aşağıdakı tələbləri irəli sürəcək:
a) Futbolçunun matçda iştirakının qanunsuz hesab edilməsi;
b) ABŞ milli komandasına texniki məğlubiyyətin verilməsi;
c) Reqlament pozuntusu rəsmən təsdiqlənəcəyi təqdirdə, ABŞ yığmasının turnirdən kənarlaşdırılması.