I liqanın autsayderi “Baku Sportinq”in yeni baş məşqçisi müəyyənləşib.
Komandanın sükanı millinin, “Bakı” və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Bəxtiyar Soltanova tapşırılıb.
O, bu postda vəzifəsindən ayrılan Samir Ələkbərovu əvəzləyib. Bəxtiyar Soltanov daha əvvəl “Cəbrayıl” klubunda çalışıb.