Bakıda peyda olan nigeriyalı futbolçu: Onu kim gətirib?

14.09.26 | 16:15
Ölkə futbolu

Nigeriyanın “Sports247” portalı gənc futbolçu Melody Juniorun ölkəmizə gəldiyini yazıb. Ancaq bu səfərin arxasında hansı klubun dayandığı, futbolçunun hansı məqsədlə dəvət olunduğu və gələcəkdə harada çıxış edəcəyi hələlik sirr olaraq qalır.
Nigeriya futbol akademiyalarından birinin yetirməsi olan Melody Juniorun Bakıya gəlişi portal tərəfindən onun Avropada futbol karyerası qurmaq yolunda atdığı mühüm addım kimi təqdim olunur. Lakin məlumatın ən diqqətçəkən tərəfi məhz cavabsız qalan suallardır.
“Sports247”nin yazdığına görə, gənc futbolçunu Bakıda Samir Əliyev qarşılayıb. Portal Əliyevi “komandanın nümayəndəsi” kimi təqdim edir. Halbuki Samir Əliyev hazırda heç bir klubda çalışmır. Bu isə ilk sualı ortaya çıxarır: Melody Junioru ölkəmizə kim dəvət edib və Samir Əliyevin bu prosesdə rolu nədən ibarətdir?
Digər mühüm məqam isə futbolçunun hansı klubla əlaqəsinin olmasıdır. Açıq mənbələrdə Melody Juniorun hər hansı yerli klubla müqavilə imzalaması barədə rəsmi məlumat yoxdur. Onun konkret komandanın məşqlərinə qatılması, heyətə cəlb olunması və ya sınaqdan keçirilməsi barədə də məlumat yayılmayıb.
Belə olan halda, gənc nigeriyalı futbolçu Bakıya niyə gəlib?
Əgər məqsəd hansısa klubda sınaqdan keçməkdirsə, bu komandanın adı niyə açıqlanmır? Yox, əgər səfər fərdi təşəbbüs və ya menecer vasitəsilə təşkil olunubsa, futbolçunun ölkəmizə gətirilməsində hansı şəxsin və ya qurumun rolu var?
“Sports247” Melody Juniorun gəlişini onun karyerasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir. Portalın məlumatına görə, gənc futbolçu burada fərqli futbol mühitinə uyğunlaşmaq, bacarıqlarını nümayiş etdirmək və qarşısına çıxacaq imkanlardan yararlanmaq niyyətindədir.
Melody Junior da Bakıya böyük ümidlərlə gəldiyini bildirib: “Azərbaycana gəlmək mənim üçün böyük fürsətdir. Çünki bu mərhələyə çatmaq üçün nə qədər çalışdığımı bilirəm. Buraya bacarıqlarımı göstərmək, fərqli futbol mühitində təcrübə qazanmaq və qarşıma çıxacaq hər fürsətdən maksimum yararlanmaq üçün gəlmişəm. Arzum inkişafımı davam etdirmək və peşəkar futbolçu olmaqdır”.
Nigeriya portalı ölkəmizin xarici futbolçular üçün Avropa futboluna çıxış baxımından imkan yaradan məkanlardan birinə çevrildiyini də vurğulayır. Melody Juniorun da burada keçirəcəyi dövrü gələcək karyerası üçün tramplinə çevirmək istədiyi bildirilir.

Amma hazırda hekayənin əsas detalları qaranlıq olaraq qalır.

Melody Junior hansı klub üçün Bakıya gəlib? Yoxsa gənc futbolçu aşağı yaş qrupları üzrə milli komandalarımızdan birində çıxış etmək üçün ölkəmizə gətirilib? Onu kim dəvət edib? Samir Əliyevin bu prosesdə rolu nədir? Gənc oyunçu hansı komandanın məşqlərinə qatılacaq və ya harada sınaqdan keçiriləcək?

Hələlik bu sualların heç birinə dəqiq cavab yoxdur.

Bu səbəbdən Melody Juniorun gəlişini rəsmi transfer kimi təqdim etmək doğru olmaz. Hazırda məlum olan yalnız Nigeriya futbol akademiyasının yetirməsi olan gənc oyunçunun Bakıya gəlməsi və burada karyerasını davam etdirmək niyyətidir.

Gənc nigeriyalının bu səfərinin arxasında kimin dayandığı və onun futbol yolunun Bakıda hansı istiqamətə yönələcəyi isə hələlik müəmmalı olaraq qalır.

Paylaş:

Xəbər Lenti

Mançester derbisində VAR qalmaqalı: Həlledici səhv hakimlərə baha başa gəldi

15.09.26 | 02:38

“Benfika”nın simvolu ilə bağlı şok: qartalın təlimçisi həbs edildi

15.09.26 | 02:27

Karlo Ançelottinin kölgəsindən zirvəyə: Fransa futbolunu təəccübləndirən gənc məşqçi

15.09.26 | 01:06

Zaur Həşimov “Sabah”a məğlubiyyətdən danışdı: “Fərdi səhvlər bizi məyus edir”

15.09.26 | 00:40

Dambrauskasdan sərt sözlər: “Bunu komandaya qarşı hörmətsizlik sayıram”

15.09.26 | 00:48

“Sabah” “Şafa”nı darmadağın edərək liderliyə yüksəldi

15.09.26 | 00:56

Kerroll Runinin sirrini açdı: “Onu yataqda siqaret çəkib pivə içən görürdüm”

14.09.26 | 19:12

“LANDAU Lions” Çempionlar Liqası ilə vidalaşdı

14.09.26 | 19:07

“Neftçi” Emil Səfərovla müqaviləni yenilədi: “O, gənc nəsil üçün örnəkdir”

14.09.26 | 17:53

Bakıda peyda olan nigeriyalı futbolçu: Onu kim gətirib?

14.09.26 | 16:15

“Sabah” heyətini Avropa Kubokunun qalibi ilə gücləndirib

14.09.26 | 15:09

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının məkanı bəlli oldu

14.09.26 | 15:32

Hakim het-trik dedi, “Opta” isə razılaşmadı

14.09.26 | 14:59

Cüdoçularmız IJF-in yenilənmiş reytinqində mövqelərini möhkəmləndirib

14.09.26 | 14:45

Bakının «Elite Polo Club» beynəlxalq turnirinin qalibi olub

14.09.26 | 13:24

UEFA Avropa Liqası 2026/2027 mövsümü, liqa mərhəsinin təqvimi

14.09.26 | 13:58

Karlos Korberan “Valensiya”dan qovuldu

14.09.26 | 03:11

“Şəfa” – “Sabah” oyunu ilə V tura yekun vurulacaq

14.09.26 | 03:13

“LANDAU Layons” Avrokuboklarda mübarizəyə başlayır

14.09.26 | 03:39

Lamin Yamal: “Qızıl top”a Mbappədən daha çox layiqəm”

14.09.26 | 02:17