Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil olan 2.1 kateqoriyalı “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışında üçüncü mərhələyə yekun vurulub.
Qəbələdən start götürən və Mingəçevir şəhərində başa çatan 162,9 kilometrlik məsafəni hamıdan tez Qazaxıstanın “XTS Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa qət edib. Gərgin idman mübarizəsi şəraitində keçən finiş xəttini birinci keçən Suritsa, bu qələbəsi ilə ümumi sıralamadakı mövqeyini daha da möhkəmləndirib.