Ölkəmizin U-15 komandası Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti qələbəsini qazanıb.
C Divizionunda 81-88-ci yerlər uğrunda mübarizə aparan yığmamız Mozambiklə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən görüş komandamızın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz növbəti oyununu bu gün Vyetnam yığmasına qarşı keçirəcək. 81-84-cü yerlər uğrunda görüş saat 19:30-da başlayacaq.
Xatırladaq ki, millimiz qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. C Divizionunda isə Çiliyə 1:3 hesabı ilə məğlub olan komandamız Cəbəllütariqi 5:1 hesabı ilə üstələyib.