Ayxan Abbasovdan iddialı mesaj: “Məqsədimiz birinci yerdir”

26.09.26 | 19:49
Ölkə futbolu

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Divizionunda Litva yığmasına qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Mütəxəssis rəqibin heyətinin və son nəticələrinin yaxşı səviyyədə olduğunu bildirib: “Sabah Millətlər Liqasında ilk oyunumuzu keçirəcəyik. Rəqibimiz artıq ilk görüşünü oynayıb və Lixtenşteyni məğlub edib. Litvanın son oyunlarına baxdıqda görürük ki, onlar əsas heyətlə mübarizə aparırlar. Bir çox futbolçuları Avropa klublarında çıxış edir. Son zamanlar yaxşı mənada inkişaf etdiklərini də müşahidə edirik”.

Abbasov Azərbaycan millisinin də oyuna hazırlığından danışıb. O, Tacikistanla keçirilən yoxlama matçından fərqli olaraq, Litvaya qarşı daha yüksək tempdə futbol gözlədiyini vurğulayıb: “Biz də yoldaşlıq oyunu keçirdik və həmin görüşdən fərqli olaraq, sabah futbolçularımızın daha yüksək templə oynamasını istəyirik. Rəqibin ilk dəqiqələrdən təzyiq göstərəcəyini bilirik. Komanda ümumilikdə oyuna hazırdır. Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır. Bilirik ki, Litva ilə şanslarımız bərabərdir. Onlar da bunun üçün mübarizə aparacaqlar. Qrupda üç komanda var və hər xal, hər vurulan və buraxılan qol vacib olacaq. Biz də buna hazır olmalıyıq”.

Baş məşqçi Litva ilə qarşılaşmanın çətin keçəcəyini qeyd edib: “Biz Litvaya Tacikistanla keçirdiyimiz yoldaşlıq oyunundan (1:0) sonra gəlmişik. Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq. İlk qrup oyununda qələbə qazanan güclü komanda ilə qarşılaşacağıq. Rəqibin heyətində Avropada çıxış edən çoxlu futbolçu var. Onlar uzun müddətdir birlikdə oynayırlar. Amma futbolçularıma lazımi tapşırıqlar verilib. İnşallah, meydanda düşündüklərimizi həyata keçirib, bizim üçün vacib olan nəticəni qazanacaqlar”.

Abbasov heyətdəki vəziyyətə də aydınlıq gətirib. O, Elvin Cəfərquliyevin yorğunluq səbəbindən problem yaşadığını, lakin ümumilikdə planlaşdırılan heyətlə hazırlıq keçdiklərini bildirib: “Cəfərquliyevlə bağlı heç bir problem yoxdur. Sadəcə, yorğunluğu var idi. Ümumilikdə əvvəlcədən planlaşdırdığımız heyətlə hazırlaşırıq”.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli də qarşıdakı görüşün əhəmiyyətindən danışıb: “Sabah bizi çox vacib oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşqimizi və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah meydana tam hazır şəkildə çıxaraq yaxşı nəticə qazanacağıq”.

Emreli Tacikistanla görüşün son dəqiqəsində dizindən zədə aldığını, lakin hazırda özünü yaxşı hiss etdiyini və Litva ilə matça hazır olduğunu bildirib.

Tacikistanla oyunda ikinci hissədə meydana çıxan hücumçu həmin görüşdə bir neçə yaxşı hücum qurduqlarını və məşqlərdə üzərində çalışdıqları məqamları meydanda reallaşdırdıqlarını deyib: “Hücumçular üçün də bu, yaxşı haldır. Mən qol vura biləcəyimə inanıram. Amma heç nə millinin qələbəsindən vacib deyil. Əlbəttə, qol vurmaq və ya məhsuldar ötürmə etmək mənə əlavə motivasiya verərdi”.

Xatırlaadaq ki, Azərbaycan, Litva və Lixtenşteyn Millətlər Liqasının D Divizionunun 2-ci qrupunda mübarizə aparırlar. Litva ilk turda səfərdə Lixtenşteyni 2:0 hesabı ilə məğlub edib. Azərbaycan millisi isə turnirdə mübarizəyə Litva ilə qarşılaşma ilə başlayacaq.

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43