UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Beşiktaş” doğma meydanda Litvanın “Kauno Jalgiris” klubunu 3:0 hesabı ilə məğlub edib. Bununla da İstanbul təmsilçisi cari mövsümdə ardıcıl altıncı rəsmi matçında qapısını toxunulmaz saxlamağı bacarıb.
Mövsümün əvvəlində qapıçı Nübeli heyətinə qatan “Qara qartallar”ın müdafiə xəttindəki uğurlu seriyası davam edir. Həmçinin, “Beşiktaş”ın yeni transferi Duşan Vlahoviç ilk dəfə ağ-qara formada meydançaya çıxıb. Serbiyalı ulduz matça ehtiyat oyunçular skamyasında başlayıb və 60-cı dəqiqədə Ohu əvəzləyərək oyuna daxil olub.
Digər Türkiyə təmsilçisi “Trabzonspor” isə minimal hesabla “Ferentsvaroş”a boyun əyib. Komandanın heyətindəki Salah da məğlubiyyətin qarşısını ala bilməyib, baxmayaraq ki, ulduz futbolçu fərqlənmək üçün bir neçə real imkanı boşa verib.
Avropa Liqasının pley-off mərhələs, ilk oyunlar
“Kayrat” – “Anderlext” 0:3
Oksanen, 2-öz qapısına, Ambros, 24, Sikan, 45+1
“Myalbü” – “Zaltsburq” 0:1
Petterson, 90+2-öz qapısına
“Yaqelloniya” – “İberiya 1999” 4:0
İmas, 34 – pen., Aqbonifo, 45+2, Əlhəsən, 62-öz qapısına, Losano, 90+2
“Trabzonspor” – “Ferentsvaroş” 0:1
Sakariassen, 17
“Beşiktaş” – “Kauno Jalgiris” 3:0
Oh, 6, Murilyo, 12, Kökçü, 59 – pen.
“Universitat Krayova” – “Ararat-Armeniya” 1:1
Banka, 33 – Malis, 20
“Lex” – “Tun” 7:0
Volemark, 10, 25, Səyyadmaneç, 20, Skşipçak, 31, Muravski, 45, Qokans, 48, Qumnı, 79
“Sent-Trüden” – “Omoniya” 1:0
Seqo, 90+4
“Srvena Zvezda” – “Viktoriya” (Plzen) 3:0
İvaniç, 36, 53, Katay, 89 – pen.
OFI – ÇSKA (Sofiya) 3:0
Funtas, 19, 51 – pen., Dikman, 90+5
“Eqnatiya” – “Lilleströmm” 0:0
“Benfika” – “Orxus” 3:1
Silva, 2, Barreyro, 31, Pavlidis, 45+2 – Yorgensen, 36
Cavab oyunları avqustun 27-də keçiriləcək