İran hakimiyyəti millinin sabiq ulduzu Əli Kərimiyə məxsus altı daşınmaz əmlakın həbs olunduğunu elan edib. “Bavariya”nın keçmiş oyunçusu hazırda mühacirətdə yaşayır və İslam Respublikasının ən kəskin tənqidçilərindən biri kimi tanınır. Meydandakı yaradıcılığına görə “Asiyalı Maradona” ləqəbini qazanan Almaniya çempionu və kubokunun sahibi, sosial media hesablarında hökumət əleyhinə etirazlara və 1979-cu il inqilabı ilə devrilmiş Şah Məhəmməd Rza Pəhləviyə dəstəyini ifadə edib. İran məhkəmə sisteminin rəsmi xəbər agentliyi olan “Mizan” Əli Kərimini “son illərdə düşmənə fəal dəstək verən xalq xaini” adlandırıb. Mənbənin məlumatına görə, 47 yaşlı keçmiş futbolçuya məxsus dörd yaşayış evi və iki kommersiya obyekti müəyyən edilərək, məhkəmənin qərarı ilə “İran xalqının mənafeyi naminə” müsadirə olunub.Qeyd edək ki, Əli Kərimi 1998-2012-ci illər aralığında yığmanın heyətində 127 oyuna çıxaraq 38 qol vurub. Asiya Futbol Konfederasiyası onu “Asiya futbolunun ikonalarından biri” kimi xarakterizə edir.