Artetanın maaşı ikiqat artacaq

08.10.26 | 01:04
Dünya futbolu

Ötən mövsüm Premyer Liqanın qalibi olan “Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla yeni uzunmüddətli müqavilə imzalayıb.

İspaniyalı mütəxəssisin yeni sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq. “The Telegraph”ın məlumatına görə, Artetanın maaşı əhəmiyyətli dərəcədə artırılacaq. Belə ki, 43 yaşlı məşqçi yeni müqavilə ilə mövsümə 20 milyon funt sterlinq qazanacaq. Onun hazırkı gəliri isə bonuslarla birlikdə 15 milyon funt sterlinq təşkil edir.

Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Onun dönəmində “topçular” ötən mövsüm Premyer Liqanın qalibi olmaqla yanaşı, Çempionlar Liqasının finalına da yüksəlib.

“Bu klub fərqlidir – özünəməxsus xarakteri və insanlara bəxş etdiyi bənzərsiz hissləri var. Birlikdə çıxdığımız bu yolun davam etməsi mənim üçün böyük şərəfdir”, – deyə Arteta bildirib.

Hazırda “Arsenal” Premyer Liqada turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider “Mançester Siti”dən 3 xal geri qalan London klubu son 5 turda 4 qələbə qazanıb.

Paylaş:

Xəbər Lenti

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43

AFFA rəsmisi hakim qərarları ilə razılaşmadı: Qırmızı vərəqə və penalti verilməli idi

25.11.26 | 11:20