“Arsenal” Vinisius Juniorun izinə düşdü: “Real”da müqavilə gərginliyi

26.07.26 | 17:06
Dünya futbolu

“Real”ın ulduzu Vinisius Juniorun gələcəyi sual altındadır. 26 yaşlı braziliyalı vingerin klubla olan müqaviləsinin başa çatmasına bir il qalmış, “Arsenal” onu yaxından izləməyə başlayıb.

DÇ-2026-da Braziliya millisinin heyətində 5 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə turnirin ən parlaq oyunçularından biri olan Vinisius, Joze Mourinyonun rəhbərlik etdiyi “Real”a qayıdır. Lakin tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar hələ də bir nəticə verməyib. 2027-ci ilin iyununda başa çatacaq sözləşmənin yenilənməməsi, Madrid təmsilçisini ulduz oyunçusunu “azad agent” kimi itirmək riski ilə üz-üzə qoyur.

The Athletic” nəşrinin jurnalistləri Devid Ornşteyn və Ceyms MakNikolasın məlumatına görə, “Arsenal” braziliyalı vingeri hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir. Hazırda klublar arasında rəsmi danışıqlar olmasa da, “topçular”ın rəhbərliyi bu transfer ideyasını tam dəstəkləyir.

2018-ci ildən “Kral klubu”nun formasını geyinən Vinisius, “Real”ın heyətində keçirdiyi 375 matçda 128 qol və 100 məhsuldar ötürmə ilə yadda qalıb. Bazar dəyəri 140 milyon avro qiymətləndirilən braziliyalı üçün madridlilər həm oyunçunu itirməmək, həm də növbəti mövsümdə nəzərdə tutulan “loyallıq bonusu”nu ödəməmək üçün qısa zamanda qərar verməlidir. “Arsenal”ın bu marağının yaxın aylarda konkret təklifə çevrilib-çevrilməyəcəyi isə tərəflər arasında gedən yeni müqavilə danışıqlarının yekunundan asılı olacaq.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16