Argentina millisi Lionel Messinin yığmadan ayrılmasından sonra keçirdiyi ilk oyunda uğursuzluqla üzləşib.
Noyabrın 13-dən 14-nə keçən gecə Uruqvayla yoldaşlıq görüşündə qarşılaşan “albiseleste” 1:2 hesabı ilə məğlub olub.
Beş dəqiqə sonra qonaqlar fərqi artırıblar. Maksimiliano Arauxo komanda yoldaşının ötürməsini başla qapıdan keçirib.
Uruqvay hesabı 48-ci dəqiqədə açıb. Argentina millisinin müdafiəçisi Leonardo Balerdi topu başla öz qapısına göndərib. VAR yoxlamasından sonra qol qeydə alınıb.
Argentina yığması 67-ci dəqiqədə Xulian Alvaresin qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib. Gianluka Prestianinin ötürməsindən sonra “Atletiko”nun hücumçusu bir toxunuşla topu qapının sağ aşağı küncünə göndərib.
Beləliklə, Argentina millisi Messisiz ilk sınağından məğlub ayrılıb.