Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09
Dünya futbolu

“Real”ın formasını geyinən Türkiyə millisinin ulduzu Arda Gülər, son günlər gündəmi zəbt edən iddialarla bağlı sosial şəbəkə hesabında rəsmi bəyanat yayıb. Karyerasının ilk illərində birgə çalışdığı Serhatdır Pekmezcinin açıqlamalarına cavab verən Arda, “Kral klubu”nun bir parçası olmaqdan qürur duyduğunu vurğulayıb.

Arda Gülər, “Real”da psixoloji təzyiqə məruz qalması ilə bağlı yayılan xəbərləri qətiyyətlə təkzib edərək bu sözləri qeyd edib: “Təəssüf ki, karyeramın başlanğıcında böyük əməyi olan məşqçim Serhat Pekmezcinin açıqlamalarını kədərlə izlədim. İlk gündən bu klubun bir parçası olan hər kəs tərəfindən çox səmimi qarşılanmışam və buranı həmişə öz ailəm kimi görmüşəm. “Real”ın oyunçusu olduğum üçün çox qürurluyam və bu formaya uzun illər xidmət etmək istəyirəm. Çox yaxşı komandamız var və burada hər kəslə bir yerdə olmaqdan xoşbəxtəm. Xahiş edirəm, bu mövzuda yazılan və deyilən əsassız iddialara əhəmiyyət verməyəsiniz”.

Bu bəyanatdan dərhal sonra Arda Gülər, “Fənərbaxça”da çalışdığı dövrdən tanıdığı və onu kəşf edən skaut Serhat Pekmezcini sosial şəbəkələrdə izləməyi dayandırıb.

“Fənərbaxça”nın keçmiş baş skautu Serhat Pekmezci müsahibəsində Ardanın İspaniyada çətin günlər keçirdiyini iddia etmişdi: “Arda Gülər hazırda “Real”da ciddi təzyiqə məruz qalır. Orada yüksək eqolu bir qrup oyunçu var ki, Ardanı qəbul edə bilmirlər. Alvaro Arbeloanın hərəkətləri və digər təzyiqlər artıq Ardanı da cana yığıb, o, artıq “niyə həmişə mən?” deyə üsyan edir”.

Lakin futbolçunun özü bu iddiaların tamamilə yalan olduğunu və klubda xoşbəxt olduğunu rəsmən elan etdi.

Paylaş:

Xəbər Lenti

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58