“Araz-Naxçıvan” klubunun yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri məlum olub.
Klubdan verilən məlumata görə, komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə italiyalı mütəxəssis Rikkardo De Vivo gətirilib. 45 yaşlı mütəxəssisin son iş yeri Gürcüstanın “Dinamo” (Tbilisi) klubu olub. O, karyerası ərzində həmçinin “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Gürcüstan) və “Episkopi” (Yunanıstan) kimi klublarda çalışıb.
Andrey Demçenkonun məşqçilər heyətində yer alan digər köməkçilər isə bunlardır: Camaləddin Əliyev (qapıçılar üzrə məşqçi), Vadar Nuriyev və Əfran İsmayılov.