“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan təmsilçisi bu günlərdə “Zirə” ilə yollarını ayıran yarımmüdafiəçi Rövlan Muradovu rənglərinə bağlayıb. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.