Yeni mövsümün transfer çalışmalarını sürətləndirən “Araz-Naxçıvan” daxili transferdə daha bir addım atıb. Naxçıvan təmsilçisi hücumameylli yarımmüdafiəçisi Ülvi İsgəndərovla yenidən anlaşıb.
Rəsmi açıqlamaya görə, 2024/2025-ci illər mövsümündən etibarən “qırmızı-ağlar”ın şərəfini qoruyan 28 yaşlı futbolçu ilə müqavilənin müddəti daha 1 il uzadılıb. Qeyd edək ki, Naxçıvan klubu buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqavilə müddətini uzatmışdı.