Andradenin yeni ünvanı bəlli olur

09.03.26 | 15:36
Ölkə futbolu

Ağdam təmsilçisində Aleksey Kaşukdan sonra daha bir aparıcı simanın gedişi gündəmə gəlib. Kaşukun yayda komandadan ayrılacağı ilə bağlı xəbərlərin ardınca, hücum xəttinin əsas simalarından olan Leandro Andradenin də gələcək taleyi sual altına düşüb.

Karyerasında yeni səhifə açmaq niyyətində olan 26 yaşlı portuqaliyalı vinger, hazırda Çin və Yaponiya klublarından gələn təklifləri ciddi şəkildə dəyərləndirir. Andradenin “atlılar”la 2027-ci ilə qədər qüvvədə olan müqaviləsi olduğu üçün, potensial alıcılar transfer məbləği məsələsində Ağdam təmsilçisi ilə ortaq məxrəcə gəlməli olacaqlar.

Eyni vaxtda iki əsas cinah oyunçusunun — Kaşuk və Andradenin gediş ehtimalı baş məşqçi Qurban Qurbanovu transfer siyasətinə yenidən baxmağa məcbur edir. Bu itkilər yay transfer pəncərəsində daha keyfiyyətli və kreativ hücumçuların axtarışını zəruri hala gətirib.

“Qarabağ” rəhbərliyi adətən futbolçuların karyera yüksəlişinə mane olmasa da, komandanın növbəti mövsümdəki Avrokubok iddiaları fonunda yaranacaq boşluğun necə doldurulacağı azarkeşlər üçün böyük maraq doğurur. Görünən odur ki, Ağdam klubu yayda hücum xəttini əsaslı şəkildə yeniləməli olacaq.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27