Macarıstan çempionatında 5-ci turun oyunları keçirilib. Millimizin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” doğma meydanda “Debretsen”i qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Görüşə ehtiyat oyunçular skamyasında başlayan futbolçumuz 72-ci dəqiqədə meydana çıxıb və 5 dəqiqə sonra sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran “Kişvarda” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.