Macarıstan çempionatında 3-cü turun oyunları keçirilib. Millimizin yarımmüdafiəçisi Anatoli Nuriyevin şərəfini qoruduğu “Kişvarda” klubu bu tur çərçivəsində doğma meydanda “Uypeşt”i qəbul edib.
Azarkeşlərin 6 qola şahidlik etdiyi məhsuldar və gərgin qarşılaşma qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin üzvü Anatoli Nuriyev matça ehtiyat oyunçular skamyasında başlayıb. Təmsilçimiz görüşün 77-ci dəqiqəsində, komandası 1:2 hesabı ilə geridə olarkən meydana çıxıb. Lakin onun oyuna qoşulması “Kişvarda”nı məğlubiyyətdən xilas etməyib.
Bu nəticədən sonra aktivində 4 xal olan “Kişvarda” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.