Almaniya millisində “Klopp rejimi”: Bərbərdən telefona qədər qadağalar

24.09.26 | 12:44
Dünya futbolu

Almaniya millisinın 59 yaşlı baş məşqçisi Yurgen Klopp futbolçular üçün yeni və sərt intizam qaydaları tətbiq edib. Təcrübəli mütəxəssis, xüsusilə təlim-məşq toplanışları zamanı oyunçulara otelə bərbər çağırmağı və saç kəsdirməyi qadağan edib.

 “Bild” nəşrinin məlumatına görə, mundialdakı uğursuzluqdan dərhal sonra istefaya göndərilən Yulian Naqelsmannın dövründə meydandankənar qaydalar kifayət qədər yumşaq olub. Klopp isə bu yanaşmanı yetərsiz hesab edərək intizamı maksimum dərəcədə sərtləşdirmək qərarına gəlib. Qaydaların əsas məqsədi futbolçuların konsentrasiyasını artırmaq və komanda ruhunu gücləndirməkdir.

Yeni nizamnaməyə əsasən, matçlardan öncə mobil telefonlardan istifadə tamamilə qadağan olunur. Bütün futbolçular şam yeməyinə eyni vaxtda gəlməlidirlər. Böyük turnirlər zamanı ailə üzvlərinin ziyarətləri də məhdudlaşdırılacaq. Ancaq ən çox diqqət çəkən və spesifik qayda saç düzümləri ilə bağlıdır: oyunçulara komandanın qaldığı otelə və ya məşq bazasına bərbər dəvət etmək qəti qadağan edilib.

 Kloppun bu addımı İsveç millisinin düşərgəsində də rezonans doğurub. Mətbuat konfransında “Sportbladet” nəşrinin suallarını cavablandıran İsveç yığmasının 20 yaşlı yarımmüdafiəçisi Lukas Berqvall qərarı bir qədər şişirdilmiş adlandırıb: “Bu, bir az həddini aşmaqdır. Amma əgər o, bunun komandaya müsbət nəsə qazandıracağına inanırsa, etiraz etməzdim”.

Jurnalistin “İsveç millisində belə bir qaydaya ən kəskin reaksiya kimdən gələrdi?”. sualına isə Berqvall zarafatla cavab verib: “Ehtimal ki, Viktor Qyökereşdən. Çünki o, yeni saç düzümünü çox sevir”.

Bu gün start götürəcək UEFA Millətlər Liqasının ilk turu çərçivəsində İsveç Rumıniya ilə, Almaniya isə Niderlandla üz-üzə gələcək.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15