Almaniya Kubokunda böyük qalmaqal: Meydana polis yeridildi, matç dayandırıldı

22.08.26 | 13:04
Dünya futbolu

Cümə günü Almaniya Kubokunda Frankfurt “Ayntraxt”ı “Sankt-Tönis”i 11:0 hesabı ilə darmadağın etsə də, günün əsas diqqətçəkən və müzakirə olunan hadisəsi başqa bir arenada yaşanıb.

“Manheym” (Waldhof) və “Kayzerslautern” komandaları arasında keçirilən kubok matçı kütləvi dava və azarkeş iğtişaşlarına görə əlavə vaxtdan dərhal əvvəl yarımçıq dayandırılıb. Meydandakı gərginliyin tribunalara keçməsi nəticəsində matça polis müdaxilə etməli olub.

Qolsuz bərabərliklə davam edən matçın əsas vaxtının sonlarına yaxın “Kayzerslautern”in futbolçusu Marlon Ritterə qarşı kobudluqdan sonra həm meydanda, həm də ondan kənarda xaos yaranıb. Futbolçular arasında başlayan kütləvi dava tezliklə azarkeşlərə də sirayət edib. Baş tribunadan “Kayzerslautern”in ehtiyat oyunçular skamyasına bayraqlar və bannerlər atılıb.

Daha sonra azarkeşlər pirotexniki vasitələr (fayerlər) yandıraraq və reklam lövhələrini qıraraq meydana daxil olublar. Yaranmış təhlükəli vəziyyət səbəbindən futbolçular və matçın rəsmiləri dərhal paltardəyişmə otağına sığınmaq məcburiyyətində qalıblar.

Hakimin ümumilikdə 8 sarı vərəqə göstərdiyi gərgin matçda asayişi bərpa etmək üçün əraziyə atlı polis dəstələri yeridilib. Meydanı mühasirəyə alan hüquq-mühafizə orqanları “Manheym”in azarkeş sektorunun önündəki qarşıdurmaya müdaxilə edərək bir neçə xuliqanı ərazidən uzaqlaşdırıb. Bütün bu hadisələr fasiləsiz atılan fişəng və petardaların müşayiəti altında baş verib.

Almaniya mətbuatının məlumatına görə, hər iki klub rəsmilərinin öz azarkeş qrupları ilə danışıqlar apararaq vəziyyəti sakitləşdirməsindən sonra oyunu davam etdirmək mümkün olub. Fasilədən sonra bərpa edilən matçın yekununda 1:0 hesabı ilə qələbə qazanan “Kayzerslautern” növbəti mərhələyə vəsiqəni təmin edib.

Paylaş:

Xəbər Lenti

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58