Allegri “Napoli”nin baş məşqçisi oldu

03.07.26 | 20:30
Dünya futbolu

İtaliyanın “Napoli” klubu baş məşqçi postuna Massimiliano Alleqrini gətirdiyini rəsmən açıqlayıb. 58 yaşlı mütəxəssis ötən mövsümün sonunda komandadan ayrılan Antonio Konteni əvəzləyib. İtaliyanın vitse-çempionu ilə Alleqri arasında 2029-cu ilə qədər müqavilə imzalanıb.

Karyerasında “Yuventus” (2014–2019, 2021–2024) və “Milan”ı (2010–2014, 2025–2026) çalışdıran Alleqri, hazırda ölkənin ən titullu məşqçisidir. Onun aktivində “Yuventus”la 5, “Milan”la isə 1 skudetto, həmçinin turinlilərlə iki Çempionlar Liqası finalı var.

Buna baxmayaraq, təcrübəli mütəxəssisin “Milan”dakı son mövsümü uğursuz alınıb. Komandanın çempionatı 5-ci pillədə başa vuraraq ÇL-dən kənarda qalması səbəbindən Alleqri və idman departamentinin 3 əməkdaşı mayın 25-də istefaya göndərilib.

2025/26 mövsümünün bitməsindən sonra İtaliya çempionatının 20 klubundan 9-da baş məşqçi dəyişikliyi baş verib. “Napoli” ilə yanaşı, “Milan” portuqaliyalı Ruben Amorimi, “Atalanta” Maurisio Sarrini, “Fiorentina” isə Fabio Qrossonu sükan arxasına gətirib.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24