Aleksandr Şaqoyko: “Neftçi”nin gücünü bilirik, amma qələbə üçün oynayacağıq”

30.07.26 | 14:05
Ölkə futbolu

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Neftçi” ilə qarşılaşacaq Belarusun “Dinamo-Minsk” klubunun baş məşqçisi Aleksandr Şaqoyko görüşdən öncə fikirlərini bölüşüb. İlk oyunda 4:2 hesabı ilə qalib gələn Minsk təmsilçisinin çalışdırıcısı Bolqarıstanın Stara-Zaqora şəhərində keçiriləcək qarşılaşma öncəsi iddialı danışıb.

Mütəxəssis “Neftçi”nin revanş üçün ilk dəqiqələrdən hücuma atılacağını nəzərə aldıqlarını bildirib: “Səfər matçında hesabda geridə olan tərəf rəqibdir və onların müəyyən taktiki dəyişikliklər edəcəyini gözləyirik. İlk oyunda matçın startında buraxdığımız iki qoldan lazımi nəticə çıxarmışıq. Həm nəzəri söhbətlərdə, həm də məşqlərdə müəyyən düzəlişlər etdik. Unutmamalıyıq ki, qarşımızda fərdi baxımdan çox keyfiyyətli futbolçulara malik güclü rəqib var. Lakin bu dəfə Neftçinin ilk dəqiqələrdən edəcəyi aqressiv pressinqə və təzyiqə tam hazır olacağımıza inanıram”.

Şaqoyko mərhələ adlamaqla yanaşı, komandasının inkişafı üçün qələbə qazanmaq istədiklərini vurğulayıb: “Bizi növbəti mərhələyə daşıyacaq hər bir nəticə sevindirici olar. Lakin komandanın inkişafı və özünəinamı üçün yalnız hesabı qorumaqla kifayətlənmək istəmirik. İlk matçda olduğu kimi, hücumda nəticə vermək və yenidən qələbə qazanmaq niyyətindəyik. Əsas prioritetimiz mərhələni keçmək, ikinci hədəfimiz isə öz daxili iddialarımızı gerçəkləşdirməkdir”.

Paylaş:

Xəbər Lenti

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28